Sosial şəbəkədə və bir çox xəbər saytında paylaşılan xəbərlərdə Ümumdünya Səhiyyə Təşkilatının Covid-19 əleyhinə hazırlanan peyvəndlərlə bağlı “Peyvənd gözlənilən nəticəni verməyib, insanlar ölməyə davam edəcək” şəklində açıqlama verdiyi iddia olundu.
Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlərlə bağlı mənfi yöndə açıqlama verdiyi iddia olunan xəbərlərdə, Covid-19 əleyhinə vurulan peyvənd Astra-Zeneca ilə bağlı açıqlaması əlaqələndirilib. ÜST-ün son günlər Astra-Zeneca ilə bağlı verdiyi açıqlamaları tapmaq üçün axtarış motolarında açar sözlərdən istifadə edərək tapdığımız xəbərlərin heç birində qurumun hər hansı bir rəsmisinin “Peyvənd gözlənilən nəticəni verməyib, insanlar ölməyə davam edəcək” şəklində açıqlaması olmadığını görürük. Eynı zamanda ÜST-ün rəsmi saytında açıqlamaları və xəbərləri yayınladığı səhifələrdə də belə bir açıqlama yoxdur.
İddianın yer aldığı ən köhnə tarixli 14 mart xəbərlərində, ÜST tərəfindən keçirilən sonuncu brifinqdə bu açıqlamanın verildiyi bildirilib. Həmin açıqlamanı ÜST-ün rəsmi veb səhifəsində tapmaq mümkündür. Eyni zamanda həmin iclasın videosunu da ingilis dilində alt yazısı ilə birlikdə YouTube-da ÜST-ün rəsmi kanalında izləmək mümkündür.
Videonun ilk dəqiqlərində ÜST-ün baş direktoru Tedros Adhanom “ölkələr Covid-19 peyvəndlərini əhalidə tətbiq etməyə başladıqca qurumun təhlükəsizlik məsələlərini diqqətlə izlədiyini” və “bəzi ölkələrin peyvənd sonrası bəzi insanlarda meydana gələn qan laxtalanmaları hallarına əsaslanaraq Astra-Zeneca peyvəndinin istifadəsini dayandırdığı haqqında məlumatlı olduqlarını və dayandırma təbdirlərinin tam araşdırma yekunlaşana qədər tədbir məqsədi güddüyünü” vurğulayır. Eləcə də ÜST rəsmisi, “Avropa Dərman Agentliyinin (EMA) qan laxtalanmaları halları ilə Astra-Zeneca peyvəndi arasında hərhansı bir bağlantı olduğuna dair əlamət aşkarlamadığı üçün araşdırma yekunlaşana qədər peyvəndin istifadəsinə davam edilə biləcəyini” açıqladığını qeyd edir. Adhanom, hadisə ilə bağlı Ümümdünya Səhiyyə Təşkilatı tam məlumat əldə edincə bütün əldə olunan faktları ictimaiyyətə çatdıracaqlarını da vurğulayır. Ardından isə ÜST-ün baş direktoru, iddia xəbərlərində təhrif edilən lakin əslində aşağıdakı kimi olan açıqlamanı verir:
“Bugünədək dünya miqyasında 335 milyon dozdan daha çox Covid-19 peyvəndi tətbiq edilib və Covid-19 peyvəndlərinin səbəb olduğu hər hansı bir ölüm faktı aşkarlanmayıb. Lakin virus 2,6 milyondan çox insanın ölümünə səbəb olub. Mümkün olduqca sürətli və ədalətli şəkildə tətbiqi ləngidikcə daha çox insanın ölümünə səbəb olacaq.”
İddianın əksinə ÜST baş direktoru “Peyvənd gözlənilən nəticəni verməyib, insanlar ölməyə davam edəcək” şəklində açıqlama verməyib. Adhanomun sözləri təhrif edilərək təqdim olunub.