Sosial mediada və xəbər saytlarında yayılan məlumatda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyi virusu ilə bağlı pandemiya elan etdiyi iddia edilib.
Qurum adları qarışdırılıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), meymunçiçəyi ilə bağlı açıqlamaları və məlumatları rəsmi internet səhifəsində tapmaq mümkündür. ÜST-ün rəsmi açıqlamalarına nəzər yetirdikdə belə bir açıqlaması olmadığını görürük.
Digər yandan xəbərin mənbəyini tapmaq üçün açar sözlərlə axtarışa davam etdikdə, World Health Network adında bir qurumun belə bir açıqlaması olduğunu görürük.
Ümumdünya Səhiyyə Şəbəkəsi ilə bağlı araşdırma apardıqda 2021-ci ildə qurulmuş bir koalisiya olduğunu öyrənirik. Komanda haqqında məlumat olan səhifə isə “covid action” adlı başqa bir qrupun səhifəsinə yönləndirir. Buradakı məlumatlardan, qurumun Covid-19-un təsirlərinin azaldılması üçün siyatəçilərə strategiya tövsiyyələri hazırlayan bir şəbəkə olduğunu öyrənirik. 22 iyun 2022-ci il tarixində paylaşılan mətbuat açıqlamasında Ümumdünya Səhiyyə Şəbəkəsi qolabal şəkildə tədbirlər görülməsini və 11 tələbin tətbiqini tələb edib.
Komanda səhifəsindəki ilk adlara baxdıqda isə Ümumdünya Səhiyyə Şəbəkəsinin qurucu ortağı və kompleks sistemlər üzrə fizik Yaneer Bar-Yam adına rast gəlirik. Yaneer Bar-Yam eyni zamanda elm adamları və icma rəhbərlərindən ibarət başqa bir koalisiya olan “endcoronavirus.org”un da qurucusudur. Komanda səhifəsində virologiya üzrə mütəxəssisə isə rast gəlinmir.
ÜST-ün rəsmi internet səhifəsində “World Health Network” ilə bağlı araşdırma apardıqda isə hər hansı bir açıqlama və yaxud xəbər olmadığını görürük.
ÜST qlobal fövqəladə sağlamlıq vəziyyəti elan etdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünyanın fərqli ölkələrində meydana gələn xəstəliklərə qlobal bir şəkildə izləyir və altı mərhələdən ibarət olan pandemiya hazırlığına sahibdir. 2005-ci ildə 196 ölkənin iştirakı ilə imzalanan beynəlxalq anlaşmaya (IHR) əsasən ÜST bəzi xəstəliklərin vəziyyəti ilə fövqəladə vəziyyət elan etmək hüququna malikdir.
23 iyul tarixində ÜST-ün verdiyi açıqlamada meymunçiçəyi “Beynəlxalq narahatlıq yaradan ictimai sağlamlıq üçün fövqəladə vəziyyət" (PHEİC) kimi dəyərləndirilib. Açıqlamada riskin Avropa xaricində orta səviyyədə, Avropada isə yüksək kateqoriyada olduğu bildirilib. Meymunçiçəyinin fövqəladə sağlamlıq vəziyyəti elan edilməsi ilə bağlı komissiyanın üzvləri arasında fikir ayrılığı olsa da ÜST-ün baş direktoru Tedros Adhanom verdiyi açıqlamada, fövqəladə sağlamlıq vəziyyəti elan edərkən IHR-ə əsasən beş elementi nəzərə aldığını, bu elan ilə birlikdə dörd qrup ölkə üçün tövsiyələr yayınlandığını vurğulayıb.
Meymunçiçəyi ilk dəfə 1958-ci ildə aşkarlanıb, insana yoluxma isə ilk dəfə 1970-ci ildə qeydə alınıb. Təbii çiçək peyvəndinin də 85 faiz təsirli olduğu virus çiçək xəstəliyi ilə eyni ailəyə mənsubdur. 2022-ci ilin may ayında qeyri-endemik ölkələrdə meymun çiçəyinə yoluxmalar aşkarlandı və 23 iyul 2022-ci il tarixli məlumata əsasən meymunçiçəyinə 65 ölkədə 15.600 yoluxma və 5 ölüm halı qeydə alınıb.