Uhanda Covid-19 müalicəsi alan həkimlərin dəri rənginin dəyişməsi iddiası

Uhanda Covid-19 müalicəsi alan həkimlərin dəri rənginin dəyişməsi iddiası

Doğru Doğru

Faktlar

Uhanda Covid-19 müalicəsi alan həkimlərin dəri rəngi dəyişdi.

Bir neçə gün sonra həkimlərin dəri rəngi normallaşıb.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Koronavirus (Covid-19) epidemiyası özünəməxsus qeyri-müəyyənliyi ilə seçilir. Koronaviruslar nə qədər uzun bir keçmişə sahib olsalar da virus ailəsinin yeni nümayəndəsi olan SARS-CoV-2 virusunun insanlara necə təsir göstərəcəyi və müalicənin necə aparılacağı məlum deyil. Bu qeyri-müəyyəjlik virusla bağlı yayılan xəbərlərin şübhə ilə qarşılanmasına sabəb olan başlıca amillərdən biridir. Xəbər saytlarında yayılan ve Teyit-ə bildirilən bir iddia da oxşar səbəblərlə insanlarda şübhə yaratmağa başlamışdı.

koronavirus deri rengi degisimi iddiasi

Sosial mediada sürətlə yayılan iddiada koronavirus xəstəsi olan iki həkimin müalicədən sonra dəri rənginin dəyişdiyi deyilirdi.

deri rengi degisen doktor koronavirus

Bu iddia doğrudur. Koronavirus müalicəsi aldıqdan sonra sağalan hər iki həkimin dəri rəngi tündləşsə də, bu keçici bir tündləşmədir. Müalicədən sonra həkimlərin dəri rəngi yenidən normallaşmağa başladı.

Həkimlərin dəri rəngindəki dəyişiklik keçicidir

İddiada yer alan müvafiq məlumatlar açar sözlərlə Çinin axtarış motoru Baidu və Weibo üzərində axtarıldığı zaman qarşımıza 17 aprel tarixində paylaşılmış bir məlumat çıxır. Adlarının Yi Fan və Hu Weifeng olduğu deyilən iki həkimlə bağlı xəbərləri bir çox fərqli saytda tapmaq mümkündür. 

Xəbərlərdə hər iki şəxsin müalicə aldığı xəstəxananın həkimlərindən birinin açıqlamasına da yer verilir.

Həkim normal halda bədəndəki dəmirin qaraciyərdə saxlandığını deyir və zərər görmüş qaraciyərin bu funksiyanı yerinə yetirə bilməməsi səbəbilə qandaki dəmir miqdarının artdığını vurğulayır.  Açıqlamada dəri rənginin dəyişməsi qandakı dəmir miqdarı ilə izah olunur və müalicədən sonra xəstələrin normal dəri rənginə geri dönəcəyi də bildirilir. 18 Aprel tarixində Pekin TV-də yayımlanan bir xəbərdə həkimlərin səhhətilə bağlı məlumat verilir.

Lakin xəbərlərin hamısı bundan ibarət deyil. Bu hadisədən bir neçə gün sonra həkimlərin dəri rənginin yenidən normallaşdığı bildirilir.

deri rengi degisen doktor haber

Bunun səbəbi nə ola bilər?

Məsələni araşdıran France24 komandası bu məlumatı doğrulamağa çalışarkən Parisdə çalışan həkim An Chucun şərhinə də yer verib. Chuc fotodakı xəstələrin dəri rənginin qaraciyərdəki nasazlıq səbəbilə dəyişdiyini və sarılıq xəstəliyinin də buna bənzər olduğunu vurğulayıb. Ümumiyyətlə həkim viruslu xəstəliklərdə bu hallarla rastlaşmağın mümkün olduğunu söyləyib.

Lancetdə yayınlanan bir məqalədə Covid-19 xəstəliyinin qaraciyərdə funksiya pozuntusuna yol açdığı deyilir. Bu mövzu ilə bağlı aparılan araşdırmalara baxdığımız zaman virus mənşəli xəstəliklərin qaraciyər pozuntularına və dəri rəngində dəyişikliklərə səbəb olduğunu görürük.

Cochrane-da yayımlanan bir analizin ümumi məlumatlar bölümündə qaraciyərin funksional pozuntusu səbəbilə yaşanan dəmir toplanmasının dəri rəngini dəyişdirdiyi deyilir.

Hətta bəzi dərman preparatlarının dəri rəngində dəyişikliyə səbəb olduğu da bilinir. Malyariya və bəzi antiinflamatuar dərmanların da əlavə təsirlərini araşdırdığımız zaman oxşar nəticə ilə qarşılaşırıq. Çindədünyanın müxtəlif yerlərində Covid-19 ilə aparılan mübarizədə amlyariya dərmanlarının istifadə edildiyi məlum məsələdir. Həkimlərin də açıqlamalarını diqqətə aldığımız zaman bu keçici dəyişikliyə dərmanların səbəb olduğunu da deyə bilərik. 

Bu mövzu Tükiyədə də geniş əks-səda tapdı. Bu mövzu haqqında məlumat almaq üçün elmi şuranın üzvü Dr.Hasan Tezerə də sual ünvanlandı. Tezer, insanların qaraciyər funksiyasına təsir etdiyi üçün öd daşmasına bağlı olaraq dəri rəngində dəyişiklik ola biləciyi şərhini verdi.

Nəticə etibarilə Çində müalicə alan iki həkimin dəri rənginin dəyişməsi iddası doğrudur. Lakin müalicədən bir neçə gün sonra həkimlərin dəri rəngi yenidən normallaşmağa başlamışdır.