Türkiyənin Azərbaycana 120 Suriyalı döyüşçü göndərdiyini göstərdiyi iddia edilən sənəd

Türkiyənin Azərbaycana 120 Suriyalı döyüşçü göndərdiyini göstərdiyi iddia edilən sənəd

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Sənəddəki detallar Türkiyənin rəsmi sənəd hazırlama qaydalarına uyğun gəlmir.

Türkiyə Baş Qərargah rəisi Yaşar Gülərin imzasının olduğu başqa bir gizli sənəd ilə qarşılaşdırdıqda da sənədin saxta olduğu görülür.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial media hesablarından paylaşılan fotonun Türkiyə Baş Qərargah rəisi Yaşar Gülərin imzası olduğu bir sənədin Türkiyənin Dağlıq Qarabağ döyüşlərinə aktiv şəkildə iştirak etdiyini göstərdiyi iddia edildi. İddiaya əsasən sənəddə Liviyada olan Sultan Murad və Sultan Süleyman Şah briqalarından 120 Suriyalı döyüşçünün sursatları ilə birlikdə Azərbaycana göndərilməsi gərəkdiyi yazıb.

turkiynin azrbaycana 120 suriyali doyuscu gondrdiyini gostrdiyi iddia ediln snd 1


“Gizli” yazılan sənəd saxtadır 

Erməni xəbər saytlarında mesajlaşma xidməti Telegram-da yayılan sənədi, Rus mətbuatının sızdırdığı qeyd olunub. Lakin sənəddəki detallara baxdığımız zaman Türkiyənin rəsmi sənəd hazırlama qaydalarına uyğun olmadığını görürük.

Məsələn Türkiyə prezidentinin rəsmi yazışma rəhbərindəki məlumata əsasən gizli statuslu bir sənədin nömrəsi olmalıdır. Bundan əlavə nömrə hissəsində “Z” ifadəsi də mövcud olmalıdır (səhifə 72). Lakin iddiada paylaşılan sənəddə belə bir rəqəm mövcud deyil. Halbuki sənədin rəqəmi başlıq ilə eyni cərgədə olmalıdır. Bundan başqa rəsmi sənədlərdə yazı növü “Times New Roman” (12 punto) və yaxud “Arial” (11 punto) olmalıdır. Mətnin içərisindəki sitatlar sadəcə italik yazılır, iddiada göstərilən sənəddə bütün mətnin italik yazıldığını görürük.

 

belgeningorunumuturkiynin azrbaycana 120 suriyali doyuscu gondrdiyini gostrdiyi iddia ediln snd

 

Türkiyə Baş Qərargah rəisi Yaşar Gülərin imzasının olduğu başqa bir gizli sənəd ilə qarşılaşdırdıqda da sənədin saxta olduğu nəticəsini əldə edirik. 2014-cü ildə o dövr Baş Qərargah ikinci rəisi olan Yaşar Gülər tərəfindən TSK içərisindəki cemaat təşkilatlandırılması haqqında iddialarını ortaya atan Fidel Okan və Abdurrahman Şimşek haqqında cinayət işi üçün şikayət edildiyini göstərən sənəd mətbuata sızdırılmışdı. Bu sənəddə dörd nöqtədə “Gizli” ifadəsi yer alıb. Lakin iddiadakı sənəddə sadəcə başında  “gizli” olduğu qeyd olunub.

Yenə buradakı Yaşar Gülər imzalarını qarşılaşdırdıqda bənzərlik varmış kimi görünsə də iddiadakı sənəddə imzanın təqlid edildiyi nəzərə çarpır.

2014yilinaaitimzaligizlibelge turkiynin azrbaycana 120 suriyali doyuscu gondrdiyini gostrdiyi iddia ediln snd

ikibelgeninimzakarsilastirmasi turkiynin azrbaycana 120 suriyali doyuscu gondrdiyini gostrdiyi iddia ediln snd

Baş Qərargaha aid blanklarda da iddia edilən bayraq fiquru deyil, Türk Silahlı Qüvvələri Baş Qərargahının logosu da olmalıdır. Qurumun logosu rəsmi internet saytında da görüldüyü kimi tamamilə fərqlidir. 

logokarsilastirilmasi turkiynin azrbaycana 120 suriyali doyuscu gondrdiyini gostrdiyi iddia ediln snd

Türk Silahlı Qüvvələri Baş Qərargahının logosu və iddiadakı sənədin logosu

 

Sənədin hazırlandığını göstərən tarix 16 sentyabr və 21 sentyabr tarixləri arasında Liviya Tunis sərhədində olan Vatiyye hava bazasında hər hansı bir yük təyyarəsinin uçuş məlumatı Flightradar24-də mövcud deyil. Lakin Liviyadan Azərbaycan mərkəzli şəxsi yük hava yolu şirkəti Silk Way təyyarəsinin Azərbaycana 27 sentyabr tarixində enişi aşkarlanır. Bu uçuşun sənədlə əlaqəli olduğuna dair heç bir sübut mövcud deyil.

Digər tərəfdən tamamilə qeyri-rəsmi olaraq həyata keçirilən hüquqdankənar bir hərbi  daşınmanın da sənədinin olması gözlənilən deyil. 

flightradarazerbaycanlibyaucus27eylul turkiynin azrbaycana 120 suriyali doyuscu gondrdiyini gostrdiyi iddia ediln snd

27 sentyabrda Ermənistan Azərbaycan arasındakı döyüşlərin yenidən başlaması ilə Ermənistan Türkiyənin Azərbaycan tərəfdə döyüşməsi üçün Suriyadan döyüşçü göndərdiyi iddiaları ortaya atdı. Suriya İnsan Haqları Müşahidəçisi də Türkiyənin döyüşlərdə Azərbaycana dəstək berməsi üçün yüzlərlə Suriyalı döyüşçü göndərdiyini açıqladı. Suriyalı müxaliflər də siyahılar hazırlayaraq yük təyyarələri ilə Suriyalı döyüşçülərin Dağlıq Qarabağa aparıldığını bildirib. Lakin Azərbaycan Prezidenti İlham Əliyev Suriyadan Azərbaycana döyüşçü gətirildiyi iddialarını yalanlayaraq bu mövzuda hər hansı bir sübut olmadığını açıqladı. Türkiyə də iddiaların doğru olmadığını bildirdi.