Türkiyə Hesablama Məhkəməsinin iclas otağında Sultan Əbdüləzizin təsvirinin asıldığı iddiası

Türkiyə Hesablama Məhkəməsinin iclas otağında Sultan Əbdüləzizin təsvirinin asıldığı iddiası

Qarışıq Qarışıq

Faktlar

Türkiyə Hesablama Məhkəməsinin iclas otağında Sultan Əbdüləzizin təsviri mövcuddur, lakin eyni otaqda Atatürkün də portreti asılmaqdadır.

İddiadakı foto 26 sentyabr 2018-ci il tarixində baş tutan bir iclasda çəkilib.

15 mart 2018-ci ildə “Şeref Salonu” adlı otağı göstərən yayınlanmış ilk fotoda da Sultan Əbdüləzizin portreti açıq bir şəkildə görünür.

Hesablama Məhkəməsinin internet səhifəsində “Şeref Salonu” adlı otağın fərqli bucaqlardan çəkilən fərqli bir fotosunda, divarda Atatürk portretinin asıldığı açıq aydın görünür.

Bu otaqda Atatürk portretinin çıxarılaraq, yerinə Sultan Əbdüləzizin portretinin asıldığını demək üçün əlimizdə dəlil yoxdur.

Daxili İşlər Nazirliyi və qanunvericiliyə əsasən rəsmi qurumlarda Atatürk portreti asmaq haqqında bir məcburiyyət yoxdur.

5816 nömrəli Atatürk Əleyhinə Cinayətlər Haqqında Qanunda da Atatürk portreti haqqında bir maddə mövcud deyil.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə geniş yayılan bir fotonun Türkiyə Hesablama Məhkəməsinin iclas otağında Atatürk portreti yeriniə, Sultan Əbdüləzizin təsvirinin asıldığını göstərdiyi iddia edildi. İddiadakı təsvirlər 2018-ci ildən bəri bir neçə dəfə gündəmə gəlib. 

sayistay iddia abdulaziz min aze

İddia bütövlükdə doğru deyil. Türkiyə Hesablama Məhkəməsinin iclas otağında Sultan Əbdüləzizin təsviri mövcuddur. Lakin eyni otaqda Atatürkün də portreti asılmaqdadır.

Foto 2018-ci ilin sentyabr ayında çəkilib

Fotonun mənbəyini tapmaq üçün əks axtarış üsulundan istifadə etdiyimiz zaman, reaksiyalara səbəb olan ilk paylaşımların 2018-ci ilin oktyabr ayında yayılmağa başladığını görürük. Fotoda Hesablama Məhkəməsi Başçısı Seyid Əhməd Baş da göründüyü üçün axtarışımızın çərçivəsini 2016-cı ilin iyun ayına qədər daralda bilirik.

sayistay abdulaziz makam iddiasi

Daha sonra Hesablama Məhkəməsinin internet saytında yerləşən “Etkinlikler” səhifəsindən iyun 2016 - oktyabr 2018 tarixləri aralığında keçirilən iclasların fotolarını nəzərdən keçiririk. Beləliklə fotonun ilk dəfə paylaşıldığı səhifəni tapırıq. 

Buradaki məlumatlara görə foto 26 sentyabr 2018-ci il tarixində baş tutan bir iclasda çəkilib. Səhifədə iclasda çəkilmiş başqa bir foto da mövcuddur. Bundan başqa səhifədəki məlumatlara əsasən fotodakı otağın “Şərəf Otağı” olduğunu öyrənirik.

sayistay toplanti odasi aze

Hesablama Məhkəməsinin səhifəsindəki yazıların tarixinə əsaslanaraq, otağın Seyid Əhməd Başın xidmətə başlamasından sonraki tarixləri nəzərə aldığımız təqdirdə, 15 mart 2018-ci ildən bəri istifadə edildiyini görürük. Otaq bu tarixdən əvvəl də istifadə edilmiş ola bilər, lakin bunu açıq mənbələrdən istifadə edərək yoxlamaq mümkün deyil.

Lakin fərqli bir üsuldan istifadə edə bilərik. Xəbərin hazırlandığı oktyabr 2018-ci ildən əvvəl Google-da “Şeref Salonu” kəlimələri ilə axtarış apardığımız zaman qarşımıza sabiq başçı Dos. Dr. Recai Akyel dövrünə aid fotolar çıxır. Bu fotolardaki otağı iddiadaki otaq ilə müqayisə edə bilmək üçün iclas otağının fərqli bucaqlardan çəkilmiş şəkillərinə baxırıq.

eski yeni sayistay kiyaslama

İki otağın da eyni rakursdan çəkilmiş fotolarını müqayisə etdiyimiz zaman, daşıyıcı sütunların və radiatorların mövqeyi, iki fotonun eyni otağa aid olması ehtimalını möhkəmləndirir. Sütunlar binanın əsas strukturunu təşkil etdiyi üçün təmir zamanı dəyişdirilmə ehtimalı olduqca azdır.

Dos. Dr. Recai Akyel dövründə istifadə edilən Şərəf Otağı Seyid Əhməd Baş dövründə yenidən təmir edilmiş ola bilər.

Bundan əlavə, eyni otağın fərqli bucaqlardan çəkilən fərqli bir fotosunda, divarda Atatürk portretinin asıldığı açıq aydın görünür. Bu da Atatürk portretinin yerinə Sultan Əbdüləzizin portretinin asıldığı yönündəki iddianın əsassız olduğunu göstərir.

sayistay ataturk portresi min turkiy hesablama mhkmsinin iclas otaginda sultan bdulzizin tsvirinin asildigi iddiasi

Hesablama Məhkəməsinin internet saytındaki fotoları təhlil etdiyimiz zaman fərqli iclasların fərqli otaqlarda keçirildiyini görürük. Bunların bəzilərində Atatürk portretinin olduğu görünür.

sayistay kolaj toplantilar min 1turkiy hesablama mhkmsinin iclas otaginda sultan bdulzizin tsvirinin asildigi iddiasi

İddia mövzusu olan fotodaki otaq, yeni başçının xidmətə başlamağından bir neçə ay sonra fotolardan görünməyə başlayır. Bu tarix aralığından etibarən Sultan Əbdüləzizin portretinin yeri dəyişmir. Yəni bu otaqda Atatürk portretinin çıxarılaraq, yerinə Sultan Əbdüləzizin portretinin asıldığını demək üçün əlimizdə dəlil yoxdur. Otağın fərqli bir tərəfində Atatürk portretinin asıldığı da bu təsvirlərə əsaslanaraq sübut edilə bilər.

sayistay ilk fotograf baskan yardimcisi min 1turkiy hesablama mhkmsinin iclas otaginda sultan bdulzizin tsvirinin asildigi iddiasi

15 mart 2018-ci ildə otağı göstərən yayınlanmış ilk foto. Sultan Əbdüləzizin portreti açıq bir şəkildə görünür.

Rəsmi qurumlarda Atatürk portreti asmaq məcburi deyil

Rəsmi qurumlarda Atatürk portretinin istifadə edilməməsi reaksiyalara səbəb olsa da, Daxili İşlər Nazirliyi qanunvericilikdə axtarış apardığımız zaman belə bir məcburiyyətin olmadığını görürük. 5816 nömrəli Atatürk Əleyhinə Cinayətlər Haqqında Qanunda da Atatürk portreti haqqında bir maddə mövcud deyil. Lakin Türk bayrağı ilə bağlı ətraflı bir nizamnamə tapmaq mümkündür.

Türkiyə Hesablama Məhkəməsinin rəsmi internet səhifəsindəki tarixçəyə görə qurumun təməli 29 may 1862-ci ildə Sultan Əbdüləzizin hakimiyyəti dövründə “Divan-ı Mühasebat” adlı qurumun qurulması ilə qoyulur. Cumhuriyyətin elan edilməsinin ardından “Divan-ı Muhasebatın Sureti İntihabına Dair Kanun” adlı qanun qüvvəyə minir və qurum yenidən təşkil edilir. 1961-ci il tarixli konstitusiyanın 127-ci maddəsi ilə qurum “Sayıştay” adı ilə yeni bir quruluşa və funksiyaya sahib olur. 

Nəticə etibarilə iddia qarışıq kateqoriyasına daxildir. Türkiyə Hesablama Məhkəməsinin iclas otağında Sultan Əbdüləzizin portreti mövcuddur. Lakin bu portret Atatürk portretinin yerinə asılmayıb.