The Economist jurnalının 2021-ci ildə baş verəcək meşə yanğınlarını üz qabığında göstərdiyi iddiası

The Economist jurnalının 2021-ci ildə baş verəcək meşə yanğınlarını üz qabığında göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

“The World in” rubrikası 35 ildir ki dərc edilir.

Jurnalın üz qabığı hər il sonu baş verən hadisələr dəyərləndirildikdən sonra datalar ilə növbəti il baş verəcəklər təxmin edilərək hazırlansa da üz qabığındakılar gələcəkdə baş verənləri təmsil etmir.

Jurnalın üz qabığında Türkiyədəki yanğınlar təxmin edilməyib.

Dünyanın hər yerində hər il meşə yanğınları baş verir, iqlim böhranının da bu yanğınların artmasında vacib rolu var.

Konspirasiya nəzəriyyələrində adı tez-tez çəkilən jurnalın təxmin etməyi bacarmadığı bir çox mövzu da var.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

İngilis dilində yayım edən “The Economist” jurnalının 35 ildir hər il sonunda dərc etdiyi “The World in” rubrikasının sonuncu sayı gündəmdədir. Bir çox platformada paylaşılan jurnalın üz qabığında bir qumar maşının üzərində 2021-ci ildə baş verməsi gözlənilən və təxmin edilən hadisələrin simvolları yer alıb. Türkiyədə baş verən meşə yanğınları zamanı sosial mediada paylaşılan iddiada jurnalın meşə yanğınlarını təxmin etdiyi iddia olunub.

teyitaz economist dergisi orman yanginlari iddia ekrani


Təxminlər konspirasiya nəzəriyyələri ilə paralel hazırlanmır

Jurnal bu təxminləri edərkən həmin il baş verən hadisələri dəyərləndirir və növbəti il baş verməsi gözlənilən və ya təxmin edilən hadisələri üz qabığında simvollaşdırır. Lakin buradakı təxminlər konspirasiya nəzəriyyələri ilə paralel hazırlanmır. Jurnalın “Intelligence Unit” adlı birliyində bu təxminlər elmi üsullarla və əldə olunan datalara əsaslanaraq hazırlanır. Məsələn, jurnal 2020-ci ildə ABŞ-da prezident seçkilərinə namizəd olan Baydenın qalib gələcəyini təxmin edə bilmişdi. Təxminlər bəzən doğru çıxsa da The Economist hər şeyi təxmin edə bilməz. Məsələn, 2020-ci ildə başlayan Covid-19 pandemiyasına dair “The World in 2020”-nin üz qabığında simvol yox idi. Jurnal özü də Instagram hesabında 2021-ci ilin üz qabığını tanıtarkən 2020-ci il təxminlərində koronavirusu təxmin edə bilmədiklərini və bunun ibrəmatiz bir təcrübə olduğunu vurğulamışdı. Jurnal 2021-ci ildə nələrin baş verəcəyi üçün bəhsə girməyin mesajını verirdi

“Bu niyətlə baxsanız axtardığınızı tapa bilərsiniz”

Jurnalın meşə yanğınlarını yeni üz qabığında simvollaşdırması həm Türkiyədə həm də Azərbaycanda sosial mediada 2021-ci ilin iyul ayında Türkiyədə baş verən meşə yanğınların qurmaca olduğuna işarə verilərək paylaşıldı. Jurnalist Ian Burrell tərəfindən jurnalın bu rubrikasının komandası ilə hazırladığı reportaj bu mövzunun anlaşılması baxımından əhəmiyyətlidir. 17 ildir “The World in” seriyasında redaktorluq vəzifəsini yerinə yetirən Daniel Franklin, üz qabıqları ilə bağlı teoriyalardan xəbərdar olduqlarını və bəzi izləyicilərin həmin komanda haqqında gələcəyi bilən yox gələcəyi idarə edən şəxslər olduğunu düşündüklərini söyləyir. Franklin bu niyət ilə yanaşan hər kəsin həmin üz qabıqlarından başqa mənalar çıxarılacağını ehtimal etmədiklərini dilə gətirib

Eləcə də üz qabığında meşə yanğınına dair simvol olması bunun Türkiyədəki iyul yanğınları ilə əlaqədar olduğunu göstərmir. Dünyada milyonlarla akr ərazinin yanmasına səbəb olan meşə yanğınları hər il baş verir. Meşə yanğınlarının da artmasında göz ardı edilə bilməyəcək bir rola sahib olan iqlim dəyişikliyi və səbəb olduğu ekologiya böhranları uzun müddətdir ki, qlobal problemlərin başında gəlir. Yəni jurnalın üz qabığında meşə yanğınlarına yer verməsi gözlənilən bir addımdır. 

Jurnalın 2020-ci ilin avqust ayında da bir üz qabığının Beyrut partlayışını göstərdiyi iddia olunmuş və Teyit tərəfindən yanlış olduğu ortaya qoyulub.