Talibanın Çinin xarici işlər nazirinə tiryək hədiyyə etdiyi iddiası

Talibanın Çinin xarici işlər nazirinə tiryək hədiyyə etdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Taliban sözçüsü Zabihyllah Mujahidin rəsmi Twitter hesabında hədiyyə ilə bağlı paylaşım mövcuddur.

Twitter paylaşımında hədiyyənin ځنغوزي olduğu qeyd olunub, axtarış etdikdə bunun şam fıstığı ilə əlaqədar hədiyyə olduğunu görürük.

Daha əvvəl yanlış paylaşım edən ProPakistani adlı səhifənin hədiyyənin “şam fıstığı” olduğunu açıqladığı və izləyicilərdən üzr istədiyi paylaşımı tapmaq mümkündür.

Görüşdən bir neçə gün sonra verilən açıqlamalarda, Çinin Əfqanıstandan şam fıstığı idxalına yenidən başladığı və bunun da Kabil və Pekin arasındakı son danışıqların nəticəsi olduğu vurğulanıb.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

31 avqust 2021 tarixində ABŞ-ın Əfqanıstandan tamamilə çıxmasının ardından Taliban ölkədə idarəetməni ələ keçirdi. Taliban rəsmilərinin Çinin xarici işlər naziri ilə oktyabr ayında baş tutan görüşü ilə bağlı sosial şəbəkələrdə video yayıldı. Video ilə birlikdə paylaşılan məlumatda, Taliban rəsmisinin Çinin xarici işlər nazirinə tiryək hədiyyə etdiyi iddia olunub.

afganistan hediye analizi ekran

Hədiyyə tiryək deyil şam fıstığıdır

Taliban və Çin rəsmilərinin görüşünə dair xəbərlərə baxdıqda tiryəkdən bəhs edildiyinə rastlamırıq. Taliban sözçüsü Zabihullah Mujahidin rəsmi Twitter hesabında həmin video və açıqlama mövcuddur. Puştu dilində yazılan açıqlamada hədiyyənin “ځنغوزي” olduğu bildirilib. Bu sözün hansı mənaya gəldiyini axtardıqda “chilgoza” növünə sahib şam fıstığı olduğunu görmək mümkündür. Şam fıstığı, şam qozasının içindən çıxan fıstığa deyilir.

afganistan hediye analizi twitter paylasimi

Taliban sözçüsünün paylaşımı

afganistan teyitaz hediye

Taliban sözçüsünün paylaşımında adı keçən hədiyyə

Görüşün ardından verilən açıqlamalara nəzər yetirdikdə, Çin və Əfqanıstan arasındakı şam fıstığı ticarətinin yenidən canlandığını görürük. Hava ticarətinin yenidən açılması ilə birlikdə Əfqanıstandan Çinə 45 ton şam fıstığı göndərilib. Açıqlamalarda bu addımın Əfqanıstan və Çin rəsmiləri arasında aparılan son görüşün nəticəsi olduğu da vurğulanıb. Əfqanıstandan Çinə şam fıstığı ixracının, ölkənin çətin iqtisadiyyatı vəziyyətinə dəyişdirməyə kömək edəcəyi düşünülür

Açar sözlərlə axtardışa davam etdikdə, daha əvvəl ProPakistani adlı bir səhifənin səhvən paylaşım etdiyi üçün izləyicilərdən üzr istədiyi və hədiyyənin şam fıstığı olduğunu açıqladığı paylaşıma rastlayırıq

propakistani sehifesi uzr paylasimi

ProPakistani səhifəsinin üzr istədiyi paylaşım

Birləşmiş Millətlərin açıqlamasına əsasən Əfqanıstan, qlobal miqyasda tiryək əsaslı narkotik tədarükünün hardasa 80 faizinə cavabdehdir. Birləşmiş Millətlər Narkotik və Cinayət Ofisi isə ölkə iqtisadiyyatının onda birinin tiryək ticarətindən ibarət olduğunu deyir.