Taksimdəki bombalı hücumu Jiyan Tosunun törətməsi iddiası

Taksimdəki bombalı hücumu Jiyan Tosunun törətməsi iddiası

Yanlış Yanlış

Faktlar

Teyit bu iddianı sosial mediada paylaşan Zəfər Partiyasının üzvü Adem Taşkaya ilə əlaqə saxlayıb. Adem Taşkaya bu paylaşımı 3 dəqiqə ərzində "Twitter" hesabından sildiyini bildirib.

İstanbul Polis İdarəsi hadisəni törədənin Suriya əsilli Əhlam Əlbəşir olduğunu açıqlayıb.

İnsan Haqları Dərnəyinin hüquqşünaslarından biri olan Jiyan Tosunun fotolarına baxarkən İstanbul polisinin yaydığı fotodakı şəxslə heç bir oxşarlığının olmadığı görünür.

Teyitlə əlaqə saxlayan Tosun, partlayışdan 20 dəqiqə sonra, yəni saat 16:40-da iki suriyalı müvəkkili ilə Küçükçekmece polis bölməsinə girdiyini bildirib.

13 noyabr 2022-ci ildə Taksim İstiqlal küçəsində baş verən partlayışdan sonra hadisəni törədən şəxslə bağlı iddialar gündəmə gəlib. Noyabrın 14-də İstanbul Polis İdarəsi hadisəni törədənin Suriya əsilli Əhlam Əlbəşir olduğunu açıqlayıb. Daxili işlər naziri Süleyman Soylu da mövzu ilə bağlı açıqlamalar verib.

Lakin sosial mediada Zəfər Partiyasının üzvü Adem Taşkayanın paylaşımından sonra hücumu törədənin vəkil Jiyan Tosun olduğu iddiaları da yayılıb.

jiyan tosun iddiasi az

Jiyan Tosunun hadisə ilə heç bir əlaqəsi yoxdur

adem taskaya paylasimi az

Teyit Adem Taşkaya ilə əlaqə saxlayıb. Taşkaya bildirib ki, o, həmin paylaşımı "Telegram"dan götürərək paylaşıb. O, Jiyan Tosunla heç bir ədavətinin olmadığını və paylaşımı 3 dəqiqə ərzində sildiyini bildirib.

İnsan Haqları Dərnəyinin hüquqşünaslarından olan Jiyan Tosunun fotolarına baxarkən İstanbul Polisinin yaydığı fotodakı şəxslə heç bir oxşarlığının olmadığı görünür.

jiyan tosun ahlam albashir az

Taksimdəki partlayışı törətdiyi deyilən vəkil Jiyan Tosun (solda), Əhlam Əlbəşir (sağda)

Teyitin əlaqə saxladığı vəkil Jiyan Tosun partlayışdan 20 dəqiqə sonra, yəni saat 16:40-da iki suriyalı müvəkkili ilə Küçükçekmece polis bölməsində olduğunu bildirib. Tosun qeyd edib ki, partlayış barədə məlumatı ona yaxınları verib. Yaxınlarının da ona zəng etməsinə səbəb ofisinin Beyoğlu bölgəsində olması olub. 

Küçükçekmece polis bölməsində olduqları zaman polis əməkdaşları Tosunun və iki müvəkilinin şəxsiyyətlərini yoxlayacaqlarını bildiriblər. Yoxlanış sonrası, axşam saat 20:10-da  özünün və müvəkillərinin hadisə ilə əlaqədar olmadıqlarını göstərən sənəd verilib. 

Jihan Tosunla əlaqə saxladığımız zaman o, bildirib ki, saat 13:40-da Küçükçekmece Ədliyyəsindən çıxıb. Onu hədəfə çevirən şəxs və şəxslər haqqında məhkəməyə müraciət etdiyini bildirib. 

Taksim İstiqlal küçəsində baş verən partlayışda 6 nəfər ölüb

13 noyabr 2022-ci il saat 16:20 radələrində İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, ikisi ağır olmaqla 81 nəfər yaralanıb. Rəsmilərin verdikləri açıqlamarda hadisə ilə əlaqəsi olduğu bildirilən 46 nəfərin saxlanıldığı açıqlanıb.