Şuşada “Zəfər Yolu”nu sel basdığı iddiası

Şuşada “Zəfər Yolu”nu sel basdığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Sel fəlakəti Azərbaycanda deyil, Türkiyənin Mardin əyalətində olub.

Hadisə 2023-cü ilin 4 mayında deyil, 11 apreldə baş verib.

Sosial mediada "Zəfər Yolu"nun sel basmasını iddia edən video paylaşılıb. Video "Tik-Tok"da qarabag_xeberleri adlı istifadəçi tərəfindən paylaşılıb. İstifadəçi bildirib ki, 2023-cü il 4 mayda Şuşada "Zəfər Yolu"nu sel basıb. 

susa zefer yolupng

Videodan kəsdiyimiz hissələri tərsinə foto axtarış üsulundan istifadə edərək axtardığımız zaman hadisənin Şuşada deyil, Türkiyənin Mardin əyalətində baş verdiyini öyrənirik.

Həmçinin "Google"a "Şuşa, Zəfər Yolu, Sel" yazdığımız zaman sel və ya digər təbii təlakətlə bağlı xəbərə rastlamırıq.

Mardin sel fəlakəti nə zaman olub?

Açar sözlərdən istifadə edərək "Google"da "Mardin sel fəlakəti" yazıb axtarış etdiyimiz zaman qarşımıza xeyli məlumat çıxır.

"Youtube" istifadəçisi Veysi Baran adlı hesap 12 apreldə "Mardin beyazsu yağmur sonrası sel" başlığı ilə video paylaşıb.


2023-cü il aprel ayının 11-də bölgəyə yağan aramsız yağışlar nəticəsində sel fəlakəti yaşanıb. Nəticədə bəzi yollar və küçələr, evlərin zirzəmiləri su altında qalıb.

"Zəfər Yolu" nə zaman istifadəyə verilib?

İkinci Qarabağ müharibəsi bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə yolun tikintisinə başlanılıb. Yol Füzuli şəhərindən başlayaraq Şuşa şəhərinə qədər davam edir. Avtomobil yolunun təməli 2020-ci ilin noyabrın 16-da qoyulub. 7 noyabr 2021-ci ildə yolun açılışı olub

zefer yolu susa teyit

"Zəfər Yolu"

Uzunluğu 101,5 km olan yol ikinci Qarabağ müharibəsi iştirakçılarının şərəfinə "Zəfər Yolu" adlandırılır.