Süni rəhm müəssisəsi konsepti iddiası

Süni rəhm müəssisəsi konsepti iddiası

Yanlış Yanlış

Faktlar

Videoda yer alan müəssisə həqiqi deyil; “EctoLife” fikrini ortaya atan Al-Caili tərəfindən hazırlanaraq “Youtube”da yayınlanıb.

“EctoLife” adlı şirkət mövcud deyil.

“EctoLife” layihəsi sadəcə Al-Ghaili tərəfindən ortaya atılmış fikirdir və müəssisənin qurulması üçün hər hansısa təşəbbüs yoxdur.

Sosial şəbəkələrdə paylaşılan və xəbər saytlarında da yer alan məlumatda “EctoLife” adlı bir şirkətin uşaq ferması quracağını göstərdiyi iddia edilib. 

az yapay rahim iddia

Video virtual şəraitdə hazırlanıb

Tərsinə şəkil axtarışı etdikdə videonun ilk olaraq Haşem Al-Caili tərəfindən “Youtube” kanalında 2022-ci il dekabrın 9-da paylaşıldığı ortaya çıxır. Görüntülərin 11 gün ərzində 1,3 milyon baxış əldə etdiyi görülür.

Haşem Al-Cailinin internet saytını incələyərkən onun Berlində yaşayan “rejissor, elmi kommunikator və molekulyar bioloq” olduğu ortaya çıxır. Eyni zamanda internet saytında Al-Cailinin elmi məlumatlarını “sosial media və video məzmun vasitəsilə insanları marifləndirmək məqsədilə” istifadə etdiyi qeyd olunub.

Al-Cailinin əvvəllər “Simulation” və “Orbital” adlı elmi-fantastik janrdakı filmləri daxil olmaqla bir çox layihə ortaya çıxardığı, “Sky Cruise Flying Hotel” və “EctoLife” kimi yeni idealar irəli sürdüyü anlaşılır.

“Röyter”ə açıqlama verən Al-Caili belə bir müəssisənin mövcud olmadığını bildirib.

Yəni “EctoLife” mövcud olan şirkət deyil, Haşem Al-Caili tərəfindən ortaya atılmış və video vasitəsilə hazırlanmış süni uşaqlıq layihəsidir. Belə bir layihənin həyata keçirilməsi üçün təşəbbüs göstərilməsindən hələ ki, söhbət gedə bilməz.

Belə bir müəssisənin qurulması mümkündürmü?

Haşem Al-Cailinin verdiyi müsahibələrdə “EctoLife”ı keçmişdən bugünədək süni mayalanma və süni uşaqlıq tədqiqatlarındakı inkişafı diqqətə alaraq açıqlaması və yaxın gələcəkdə belə bir müəssisənin qurulacağına yönəlik inancını dilə gətirməsi videonun həqiqi layihəyə istinad etməsi kimi yanlış fikrin ortaya çıxmasına səbəb olub.

Bəs Al-Cailinin istinad etdiyi elmi inkişaf belə bir müəssisənin qurulmasına imkan yarada bilərmi?

1978-ci ildə sağlam bir uşağın doğulması ilə ilk dəfə uğur qazanan süni mayalanma üsulunun bugünədək ciddi inkişaf yolu keçdiyini bilirik. Süni uşaqlıq ilə bağlı tədqiqatlar isə 1980-ci illərdə başlayıb.

2020-ci ildə isə iki mühüm yenilik baş verib. İlk olaraq erkən doğulan quzunun süni uşaqlığa qoyularaq inkişafına davam etməsi üçün imkan yaradılıb. Bu yenilik erkən doğulan uşaqlar üçün önəmli olsa da mütəxəssislər tədqiqatların insanlar üzərində sınaqdan keçirilməsi üçün əlavə bir neçə ilə ehtiyac olduğunu açıqlayıb.

Daha sonra siçanı beş günlük ikən ananın uşaqlığından çıxararaq xarici mühitdə böyütməyə çalışan elm adamları rüşeymin 11-ci gün öldüyünü müşahidə ediblər. Tədqiqatlarını inkişaf etdirəcəklərini və bir gün bu texnologiya ilə insanlara yardım edə biləcəklərini söyləyən elm adamları hələ ki, “elmi-fantastik mərhələdə olduqlarını” və “yaxın gələcəkdə bunun mümkün olmayacağını” deyiblər.