Subway Surfers oyunundakı personajı oğlunu itirən atanın ona ithafən yaratdığı iddiası

Subway Surfers oyunundakı personajı oğlunu itirən atanın ona ithafən yaratdığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Oyunu hazırlayan şirkətin verdiyi məlumatlar arasında iddiada deyilən hekayəyə bənzər bir hadisədən bəhs edilməyib.

Oyunun rəsmi səhifəsi açıqlama verərək küçə mədəniyyəti və fərqlilikdən ilhamlandığını bildirilib.

Sprey boya istifadə edərkən qatar reyslərinə yıxılaraq həyatını itirən bir uşaq xəbərinə rastlanmır.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada paylaşılan bir paylaşımda,  Subway Surfers adlı oyunun necə ortaya çıxdığından bəhs edən bir hekayə paylaşıldı. Paylaşımda, oyunu hazırlayan şəxsin, oyundakı personajı sprey boya edərkən qatar reyslərində həyatını itirən oğluna həsr edərək yaratdığı iddia olunub. 

teyitaz subway surfers


Oyun küçə mədəniyyətindən ilham alıb

Subway Surfers, 2012-ci ildə SYBO Kiloo adlı iki danimarkalı oyun şirkəti tərəfindən qurulub. SYBO Games-in idarəçilərindən olan Mathias Gredal Coskun Nørvig tərəfindən oyunun hekayəsindən bəhs edilən bir videonu tapmaq mümkündür. 2018-ci ildə keçirilən konfrans videosunun ilk dəqiqəsindən sonra Nørvig, oyunu dizayn edərkən təsirləndikləri şeyləri sayır. Bunlar arasında küçə, animasiya, musiqi, küçə sənəti və skeyt kimi qavramlardan bəhs edilir. Lakin bu videoda həyatını itirən bir uşaqdan və ya iddia hekayəsindən bəhs edilmir.

Subway Surfers oyununda, qatar yolunda qacaraq qızılları toplamağa çalışmaq, bunu edərkən isə gözətçi və onun itindən qaça bilmək lazımdır. Həyatını itirən uşaq hekayəsi bu oyun ssenarisindən götürülmüş ola bilər. 

Daha əvvəl iddia ingilis dilində yayılıb və fakt yoxlama quruluşları tərəfindən yanlış olduğu ortaya qoyulub. Subway Surfers-in rəsmi Twitter hesabında yenə mövzu ilə bağlı açıqlama verilib. Açıqlamada “Biz Subway Surfers-i küçə mədəniyyətinə və fərqliliyə hörmət əlaməti olaraq yaratdıq. Oyunun etibarlı və əyləncəli bir mühitdə yaradıcılığa və əylənməyə imkan yaratdığını düşünürük. Bizimlə qaçdığınız üçün təşəkkülər!” deyilir.

subway surfers resmi aciqlama


Sprey boya istifadə edərkən həyatını itirən bir uşaq haqqında məlumat yoxdur

İnternetdə araşdırma apardıqda, hekayədəki kimi həyatını itirən bu uşaq haqqında xəbərə rastlanmır. Eyni açar sözlərlə danimarka dilində də axtarışa davam etdiyimizdə belə bir məlumata rastlamırıq.

SYBO Games 2007-ci ildə Danimarkada qurulub. Kiloo  isə 2000-ci ildə qurulmuş mobil oyun şirkətidir.Oyun Google Play platformasında rekord həddə çatıb. Kiloo şirkəti rəsmilərindən olan Jacob Møllerin 2018 tarixli açıqlamasında, oyunun Google Play-də bir milyarddan çox yüklənərək tarixi bir naliyyət qazandığı bildirilib. 

Nəticə etibarilə Subway Surfers-in əsas personajının qatar reyslərində sprey boya istifadə edərkən həyatını itirən bir uşağa itfahən hazırlandığı iddiası həqiqəti əks etdirmir. İddia uydurulub.