Şənliklərdə hava soyuducu vasitələrdən istifadənin qadağan edildiyi iddiası

Şənliklərdə hava soyuducu vasitələrdən istifadənin qadağan edildiyi iddiası

Yanlış Yanlış

Faktlar

Şənlik mərasimləri ilə bağlı verilən 22 iyun 2021 tarixli qərarda, toylarda hava soyuducu vasitələrin qadağan edildiyinə dair maddə yoxudr.

Əlaqədar qərarda, şənliklərin 2020-ci ilin avqust ayında təsdiqlənən “İctimai iaşə müəssisələrinin açıq hava sahələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər” adlı qərarın tələblərinə uyğun keçiriləcəyi qeyd olunub.

Metodiki göstərişlərə əsasən, şənliklərdə kondisioner və havalandırma sistemlərinin texniki baxışı vaxtında keçiriləcək, yəni kondisionerlərdən istifadə ediləcək, ventilyatorlardan isə istifadə edilməyəcək.

Kondisionerlər əgər texniki baxışdan keçmirsə Covid-19 virusunu yaya bilər.

Covid-19-un mühitdə yayılmaması üçün kondisioner filtrlərinin müntəzəm olaraq dəyişdirilməsi və müntəzəm olaraq texniki baxışdan keçirilməsi vacibdir.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Azərbaycanda Covid-19 pandemiyası dövründə bəzi şərtlər ilə toy, nişan, ad günləri kimi şənliklərin keçirilməsi haqqında qərar qəbul edlib. 22 iyun 2021 tarixində qəbul olunan qərara əsasən, ölkədə 1 iyul 2021 tarixindən etibarən bu cür şənliklərin keçirilməsinə bəzi şərtlərə əsasən icazə veriləcək. Qərarın gündəmdə olduğu gün sosial mediada paylaşılan bir iddia internet istifadəçilərinin toylarda hava soyuducu texniki vasitələrinin qadağan olduğu fikrini oyadıb.

azerbaycan dugunlerde havasogutucu yasagi iddiasi ekran

azerbaycan dugunlerde havasogutucu yasagi iddiasi yorum

İstifadəçi şərhi

azerbaycan dugunlerde havasogutucu yasagi iddiasi yorum2

İstifadəçi şərhi

azerbaycan dugunlerde havasogutucu yasagi iddiasi yorum3

İstifadəçi şərhi

Kondisioner və havalandırma sistemləri işləyəcək

22 iyun 2021 tarixində verilən qərarı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəsmi saytında tapmaq mümkündür. Müvafiq qərarda açar sözlər ilə axtarış etdikdə hava soyudan texnikalarının qadağan olduğuna dair bir maddə tapılmır. Lakin qərarın ikinci səhifəsində “şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli” olduğu qeyd edilib.

azerbaycan dugunlerde havasogutucu yasagi iddiasi karar

22 iyun 2021 tarixli qərar

Qərarda bəhs edilən “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” adlı qərarı Səhiyyə Nazirliyinin rəsmi veb saytında tapmaq mümkündür. Qərarın ikinci səhifəsində, “2.7.” maddəsində, “kondisioner və havalandırma sistemlərinin texniki baxışının vaxtında həyata keçirilməsini, ventilyatorlardan və sərinkeşlərdən istifadə edilməməsi;” cümləsinə yer verilib.

azerbaycan dugunlerde havasogutucu yasagi iddiasi karar2

2020-ci il avqust ayında verilən qərar

Texniki baxışdan keçməyən kondisioner Covid-19 yaya bilər

Aparılan araşdırmalar göstərir ki, texniki baxışdan keçməyən kondisionerlər Covid-19 virusunu sürətli yaya bilər. ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) tərəfindən aparılan bir araşdırmada Çinin Quançjou əyalətində beş mərtəbəli bir restoran binasında baş verən yoluxma halı araşdırılıb. Araşdırma kondisionerlərin Covid-19 yayılmasında ilkin faktor olmasa belə təsiredici amil olduğunu ortaya qoyub

Kondisionerlər, ətrafdakı istiliyi udaraq qapalı mühitdəki mayeni buxarlaşdırır, ardından istiliyi başqa bir mühitə verərək onu buxar mərhələsindən yenidən maye mərhələsinə ötürür. Yəni kondisioner, mühitdəki havanı öz içinə çəkir və sonra bu havanı yenidən mühitə buraxır. Bu səbəblə udulmuş hava kütləsinin müəyyən bir mühit içərisində sirkulasiya etməsinə səbəb olur. Əgər həmin havada Covid-19 varsa, kondisionerin yaratdığı axış sayəsində virus normalda çata bilməyəcəyi məsafəyə çatır. Bu səbəblə də mühitin tez-tez havalandırılması, kondisioner filtrlərinin müntəzəm olaraq dəyişdirilməsi və müntəzəm olaraq texniki baxışdan keçirilməsi vacibdir.