Şirvanda şam ağacının önündə 2024-cü il yazılması iddiası

Şirvanda şam ağacının önündə 2024-cü il yazılması iddiası

Yanlış Yanlış

Faktlar

Foto Şirvanda deyil, Adanada çəkilib.

2024 yazısının arxasındakı bina Adana Dəmiryolu Vağzalıdır.

Sosial mediada Şirvan şəhərində şam ağacının qarşısında 2023-cü il yazısının əvəzinə 2024-cü il yazıldığı iddia edilib.

az sirvan yeni il saxta xeber minpng

Tərsinə foto axtarış üsulundan istifadə edərək “Google” ilə fotonu axtarırıq. Axtarış nəticəsində fotonun Şirvanda deyil, Adanada çəkildiyini öyrənirik. 

Fotoda şam ağacının arxasında olan binanın Adana Dəmiryolları Vağzalı olduğunu öyrənirik

az adana tren istasyonu min

                          Adana Dəmiryol Vağzalı.

Azərbaycan sosial mediasında paylaşılan fotoda şam ağacının arxasındakı binanın sağ və sol künclərinin üzərində logo olduğu görünür. 

Yenidən “Google” vasitsəi ilə bina üzərində görünən logonu araşdırırq. Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yollarının saytı qarşımıza çıxır. Saytı açdıqda sol tərəfdə binanın üzərindəki logo ilə qarşılaşırıq

az demir yollari logo minpng

           Türkiyə Respublikası Dövlət Dəmir Yollarının logosu.

Digər diqqət çəkən məqam isə fotonun sağ tərəfindəki bayrağın olmasıdır. Fotoda görünən bayraq Türkiyə Cümhuriyyətinin bayrağıdır

azz adana yeni yil saxta xeber min

Foto ilə bağlı Türkiyə mətbuatında nə yazılıb?

Yenidən “Google” vasitəsi ilə Türk dilində “Adana Yenı Yıl” yazdığımız zaman “Adanada 2023-cü il əvəzinə 2024-cü il qeyd olunub” xəbəri ilə qarşılaşırıq

Xəbərdə Adana sakini Ali Tutar Adananın fərqliliklər şəhəri olduğunu bildirərək, "Bütün Türkiyə 2023-cü ili qeyd etdiyi halda biz 2024-cü ili qeyd edirik" deyib.