Sinqapurda qatar pəncərələrinin binalara gəldikdə matlaşması iddiası

Sinqapurda qatar pəncərələrinin binalara gəldikdə matlaşması iddiası

Doğru Doğru

Faktlar

Matlaşan şüşə Sinqapurun ictimai nəqliyyat sistemində uzun müddətdir istifadə olunur.

Yaşayış məntəqələrinə yaxınlaşdıqda pəncərələr avtomatik olaraq matlaşır.

Yüngül relsli sistemdə yerləşən bu funksiya şəxsi həyatı qorumaq üçün nəzərdə tutulub.

Sosial mediada yayılan videonun Sinqapurda qatar vaqonlarını göstərdiyi iddia edilib. Videoya görə qatarın pəncərələri yaşayış bölgələrindən keçərkən avtomatik olaraq matlaşır. 

az singapur tren iddia

Dünyada da maraq doğuran video indiyədək milyonlarla insan tərəfindən paylaşılıb.

Videodan kəsilən ekran görüntüsü ilə internetdə axtarış edərkən qatarın Sinqapurda fəaliyyət göstərdiyi aydınlaşır. Videodakı ərazi Çoa Çu Kanqda stansiyadır. Videoda da qatarda bu stansiyanın adının yazıldığını görə bilirik.

az singapur tren 2

Görüntülər Sinqapurda dəmir yolu sistemi olan Bukit Panjanq LRT-də qeydə alınıb. Qatarda yer alan rəqəmsal ekranlardakı “Petir” isə sonrakı stansiyanı göstərir. 1999-cu ildə açılan dəmir yolu xətti ölkədəki ilk sürücüsüz və müstəqil qatar sistemi olaraq bilinir.

Komputer sisteminə bağlı olan qatarlar coğrafi şifrələmə sayəsində binalara yaxınlaşdıqları zaman səssiz şəkildə irəliləyir və şüşələr avtomatik olaraq matlaşır

Sinqapurdakı nəqliyyat idarəçiliyi də şəxsi həyatı qorumaq üçün qatarların yaşayış yerlərinə yaxınlaşdıqları zaman pəncərələrinin matlaşdığını açıqlayıb. “YouTube”da həmin qatarların içərisindən çəkilən və şüşələrin matlaşdığını göstərən başqa videolar da mövcuddur.

Matlaşan şüşə texnologiyası

Ağıllı şüşə texnologiyası olaraq bilinən bu şüşələr fərqli şəkillərdə qarşımıza çıxır. Bu şüşələr qatarlar evlərə yaxınlaşarkən istiliyi artırılaraq sürətli şəkildə matlaşdırılır. Güclü məkan yaddaşı ilə hər gün dəfələrlə eyni xətlərdən keçən qatarlar binaların önündə şəxsi həyatı qoruyan bu özəlliyi aktiv edir.