Simpsonlarda Sedat Peker videolarının göstərildiyi iddiası

Simpsonlarda Sedat Peker videolarının göstərildiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Simpsonların 2005-ci ildə yayınlanan bölümündən olan fotoya Sedat Peker montajla əlavə edilib.

Kadrın orijinalında ekran Super Bowl xalları yazıb.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Gündəmdə olan mövuzlardan sonra “Simpsonlar yenə bilib?” sualı ilə qarşılaşılıq. Bu dəfə mütəşəkkil cinayətkarlıq qrupunun liderliyində təqsirləndirilən Sedat Pekerin yayınladığı videolar ilə əlaqədar iddialar Türkiyədə və Azərbaycanda gündəmə gəldi.

Sosial şəbəkədə yer alan və Teyitə də tez-tez bildiriş olaraq göndərilən bir iddiaya əsasən Simpsonlar adlı cizgi serialda Sedat Peker iddialarına dair kadr göstərilib.

teyitaz sedat peker iddia ekrani

Sedat Peker kadra sonradan əlavə edilib

Kadr cizgi serialın 2005-ci ildə yayınlanan 17-ci sezon “Manatların tonqalı” adlı ilk bölümdən alınıb. Simpsonlar personajlarına bənzədilən Sedat Pekar şəkli sonrada əlavə edilib. Bölümün ilk qismində televiziya ekranında Super Bowl xalları var.

simpsonlarbolumekrangoruntusu

 Bölüm daha əvvəl Simpsonların Super Bowl yarışının xallarını təxmin etdiyi iddiası ilə də gündəmə gəlib

Super Bowl ABŞ-da hər il keçirilən Amerika futbolu liqasının çempionluq üzrə yarışıdır.

Twitter hesabında da Simpsonların yarış xallarını təxmin etdiyi haqda paylaşım edilib.

simpsonslartwitterpaylasimi

1989-cu ildə yayına başlayan və 32 sezon çəkilən cizgi serialının təxminləri haqqında daha əvvəl də bir çox iddia ortaya atılıb

Teyit, Simpsonlar haqqında yayılan iddialara və serialın niyə bu iddiaların hədəfində olduğuna dair bir video da hazırlayıb.