Simpsonlarda George Floydun ölümünün təsvir edildiyi iddiası

Simpsonlarda George Floydun ölümünün təsvir edildiyi iddiası

Yanlış Yanlış

Faktlar

The Simpsonsun George Floydun ölümünü təxmin etdiyi iddiası doğru deyil.

Bu təsvirlər Simpsonlar cizgi serialına aid deyil, 2 fərqli karikaturistin çəkdiyi təsvirlərdir.

Hər iki karikaturist də bu kadrları George Floyda ithafən hazırlayıb.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada və bəzi xəbər saytlarında yayınlanan iddiaya əsasən The Simpsons adlı  cizgi serialda ABŞ-da bir əyalət polisi tərəfindən qətlə yetirilən George Floydun təsvirinə yer verilib. Simpsonlardan olduğu iddia edilən birinci kadrda Şerif Clancy Wiggumun, George Floydu təmsil edən bir şəxsi boğduğu, ikinci kadrda isə dizi ilə boynunu sıxaraq qətlə yetirdiyi təsvir edilib. 

simpson george floyd iddiasi aze

justice for george iddia aze

Hər iki kadrda da Simpsonsun Floydun ölümünü öncədən təxmin etdiyi iddia edilərək paylaşıldı.

Hər iki kadr da karikaturistlər tərəfindən hazırlanıb

Kadrların The Simpsons adlı cizgi serialdan olduğu iddiası doğru deyil. George Floydun bir polis məmuru tərəfindən qətlə yetirildiyini göstərən kadrlar Floyda ithafən 2 fərqli karikaturist tərəfindən hazırlanıb.

Birinci qoyulan şəkil Alexsandro Palomo adlı bir karikaturist tərəfindən George Floyd xatirəsinə ithafən hazırlanıb. Palomo bu şəkli 1 iyun 2020 tarixində öz Instagram hesabında George Floyd "Nəfəs ala bilmirəm" Rasizmə son şərhi ilə paylaşıb. 

 

instagram george floyd

Şəklə diqqətlə baxdıqda sağ aşağı küncdə müəllifin adını görmək mümkündür. Alexsandro Palomo bu hadisə ilə bağlı George Floyda ithafən hazırladığı digər şəkilləri də Instagram səhifəsində (@alexsandropalombo) paylaşıb.

instagram 2 george floyd simpson iddia

 

Digər kadrın müəllfi Yuri Pomodur

Şerif Clancy Wiggumun, George Floydu təmsilən dizi ilə boğaraq qətlə yetirdiyi kadr da Simpsonlar serialına aid deyil. İddia yanlışdır, bu şəkil Yuri Pomo adlı karikaturist tərəfindən hazırlanıb. Əslində şəklə diqqətlə baxdıqda “Yuri Pomo” yazısı bu şəklin karikaturist tərəfindən hazırlandığına dair ipucu verir. 

yuri pomo simpsons aze teyit

Karikaturist Yuri Pomo Instagram səhifəsində 30 may 2020 tarixli postundakı bu təsvirə yazdığı açıqlamasında George Floydun xatirəsinə Simpsonlar vasitəsi ilə mesaj çatdırmaq istədiyini vurğulayıb. Bundan əlavə Lisanın əlində tutduğu “George üçün ədalət” yazılı plakat isə Floydun qətlinin ardından həyata keçirilən etiraz aksiyalarındakı plakatı təmsilən təsvir edilib. 

Pomo, George Floyda ithafən hazırladığı digər şəkillərini də Instagram səhifəsində (@yuripomo) paylaşıb. Karikaturistin səhifəsində Simpsonların və başqa cizgi serialların personajları olan fərqli təsvirlər də mövcuddur.

yuri pomo floyd aze justice for floyd

Yanan polis mərkəzi təsvirinin də ABŞ-da baş verən hadisələri təxmin etdiyi iddia edildi.  Polis binasının yandığı səhnə isə The Simpsonsun 1999-cu il yayınlanan 11.sezon “Hello Gutter, Hello Fadder”  adlı altıncı seriyasından götürülüb. Bu kadrda Homerin işə gecikdiyi və özünü işə çatdırmağa çalışdıqda polisin onu saxlaması üzərinə zarafat məqsədi ilə göstərilib. Yəni hər hansı bir ictimai hadisə və ya üsyana işarə verilmir.

abd yanan ev george floyd iddia aze

Digər tərəfdən hadisələrin başladığı şəhər olan Minneapolisdə olan aksiyalar zamanı bir polis binasının yandırıldığı doğru olsa da bu iddiada göstərilən yanan bina fotosu bir polis məkrəzinə aid deyil. Bu kadr 27 may tarixində baş verən protestolar zamanı Minnesotada bir əmlakda baş verən yanğını göstərir. 

Eyni iddia yoxlama platforması olan Snopes tərəfindən də araşdırılaraq yanlış olduğu bildirildi.

The Simpsons adlı cizgi serial 1989-cu ildən bəri yayınlanır və gələcəklə əlaqədər bir çox hadisəni əvvəlcədən təxmin etdiyi iddiaları dəfələrlə gündəmə gəlmişdi. Teyitin də əvvəllər araşdırdığı Simpons iddialarının doğru olmadığını təsbit etmişdi. Ortaya atılan iddialar arasında Simpsonların koronavirusu əvvəlcədən bildiyi iddiaları da var idi. 

Əslində baş verənlər

ABŞ-ın Minneapolis əyalətində Derek Micheal Chauvin polis məmuru qara dərili Amerikalı George Floydu həbs edərkən dizi ilə boynunu sıxaraq onun ölümünə səbəb oldu. Yayınlanan görüntülərdə polis məmuru Chauvinin dizi ilə Floydun boğazını sıxdığı an Floydun “nəfəs ala bilmirəm” dediyi görülürdü. Bu görüntülər ABŞ-da hiddətə səbəb oldu və irqçiliyə qarşı prostesto aksiyaları başladı. Protestolar zamanı bəzi şəhərlərdə polis və aksiya iştirakçıları arasında çox sayıda qarşı durmalar baş verdi. 

Nəticə etibarilə The Simpsons adlı cizgi serialın ABŞ-da George Floydun bir polis tərəfindən öldürüldüyünü əvvəlcədən bildiyi iddiası doğru deyil. George Floydun ölüm anını təmsil edən təsvirlər 2 fərqli karikaturistə aiddir. Bu iddia yanlış bilginin ən çox tanınan yeddi növündən biri olan xətalı əlaqələndirməyə bir nümunədir.