4 Avqust 2020-ci ildə Livanın paytaxtı Beyrutda baş verən partlayışın ardından partlayışa nəyin səbəb olduğunun hələ dəqiq olmaması internetdə bir neçə iddiaların yayılmasına səbəb oldu. Bunlardan biri də The Simpsons adlı cizgi serialda bu partlayışın daha əvvəldən göstərilmiş olması idi.
Lakin iddia doğru deyil. Kadrlar, arasında doqquz il fərq olan iki ayrı bölümdən götürülərək birləşdirilib.
Kadrlar fərqli bölümlərdəndir
İddiaya aid videoda serialın əsas personajı olan Homer fişəng aldıqdan sonra onu sobada yandırır və böyük bir partlayış nəticəsində olduğu ərazi yox olur. Partlayış zamanı göbələk şəklində bir bulut görüntüsü meydana gəlir. Beyrutda baş verən partlayışdan əvvəl də fişəng fabrikində yanğın olması və sonrakı partlayışın göbələk şəklində bir buluda səbəb olması kadrların Beyrutu göstərdiyi iddialarının ortaya atılmasına səbəb oldu.
Lakin videonun ilk hissəsində Homerin fişəng aldığı səhnə 1996-cı ildə yayınlanan yeddinci sezonda 25-ci bölümə aiddir. Homer bu bölümdə 4 iyul Müstəqillik Gününü qeyd etmək üçün qanunsuz satış edən bir marketdən fişəng alır. Evinə aparıb yandırdığı bu fişəngi daha sonra mətbəxdəki şkafa gizlədir və partlayış sadəcə şkafa və evin bir hissəsinə zərər verir.
İddiadakı videoda göbələk şəklində buluda səbəb olan partlayış isə 2004-cü ildə yayınlanan 16-cı sezon birinci bölümünə aiddir. Halloween üçün hazırlanan xüsusi bölümdə Homer işlədiyi nüvə stansiyasında dostu tərəfindən vurulduqdan sonra “Nüvəni yox etmək” düyməsinin üzərinə düşür və dili ilə partlayışa səbəb olur. Nüvə mərkəzinin partlaması ilə yaşadıqları qəsəbə Springfield yox olur. Bu partlayış fişənglərlə bağlı deyil.
Bəşəriyyətin yaşadığı hər böyük hadisə ilə The Simpsons cizgi serialı arasında əlaqə qurulması yeni bir vərdiş deyil. Teyit daha əvvəl də The Simpsons ilə əlaqədar bir çox iddianı çürütmüşdü.
Nəticə etibarilə iddia yanlışdır. İddiadakı video fərqli tarixlərdə yayınlanan iki fərqli bölümdən hissələrin birləşdirilməsi ilə hazırlanıb. İddianı yanlış məlumatın yeddi növündən olan manipulyasiya və təhrifə misal göstərmək olar.