Sosial mediada Rusiya Müdafiə naziri Sergey Şoyqunun “Sovet İttifaqını yenidən olacaq” dediyi iddia olunub.
Şoyqunun çıxışı kontekstindən çıxarılıb
Sergey Şoyqunun bir çıxışından alınan videoda onun “Bütün bunlar müvəqqətidir. Sovet İttifaqı qayıdacaq və heç kəs bir yerə getməyəcək, hamı sülh və harmoniya içində yaşayacaq” dediyini görürük.
Lakin videonun kəsilmiş olması, çıxışın kontekstindən çıxarıldığına işarə edir. Çünki Şoyqunun bu çıxışı harda etdiyi, əvvəlində və sonrasında nə dediyinə dair məlumat verilməyib.
Rusiya mətbuatını araşdırdıqda isə Şoyqunun çıxışı haqqında detalları öyrənirik. Russian Information Agency-nin (RIA) xəbərinə əsasən, Şoyqu bu çıxışı Rusiyanın Gürcüstana müdaxiləsinin 30-cu ildönümü üçün təşkil olunmuş tədbirdə edib.
Şoyqu, 14 iyul 1992-ci il tarixində Cənubi Osetiyada Rusiya Federasiyasının “sülhü qoruma əməliyyatı” apardığını və bunun ölkə üçün vacib bir iş olduğunu bildirərək çıxışın davamında belə deyib:
“O dövrdə, xüsusilə mənim nəslim arasında bütün bunların müvəqqəti olduğuna, millətimizin yenidən daha böyük və güclü olacağına, Sovet İttifaqının geri qayıdacağına və heç kimin getməyəcəyinə inam var idi. Hər kəs sülh və harmoniya içində yaşayacaqdı"
Şoyqu “Bütün bu hadisələr həqiqətən tarix olaraq qaldı və bir daha heç vaxt təkrar etməyəcək” sözlərini də əlavə edib.
Yəni Şoyqu çıxışında günümüz barədə yox, keçmişdən danışıb. Rus dilində açar sözlərlə axtarış etdikdə Şoyqunun yaxın zamanda başqa bir kontesktdə bənzər fikirlər səsləndiriyinə rast gəlinmir.
14 iyul 1992-ci ildə müstəqilliyini elan edən Cənubi Osetiyada Rusiya ordusu və Gürcüstan hərbi hissələri arasında döyüşlər baş verib.
İddianı Doğruluk Payı və Newsweek də araşdırıb.