Sosial mediada paylaşılan bir iddiaya görə Finlandiyanın yeni Baş naziri Sanna Marin sayəsində ölkədə həftədə 4 gün gündəlik 6 saat iş günü tətbiq edilib. Bundan əlavə digər sosial media postlarında da Sanna Marinin günlük 8 deyil, 6 saatlıq iş rejimi tətbiq ediləcəyi yöndə açıqlama verdiyi iddia olunub.
Lakin iddia doğru deyil. Finlandiyada iddia edildiyi kimi həftəlik 24 saatlıq iş rejimi tətbiq edilmir.
Marinin açıqlaması təhrif edilib
Finlandiyada 2019-cu il dekabr ayının əvvəlində dəyişən koalisiya hökumətinin yeni lideri olan 34 yaşındakı sosial demokrat siyasətçi Sanna Marinin iş saatları ilə bağlı açıqlama verdiyi doğrudur. Marin “İnsanların ailələrinə, sevdiklərinə, hobbilərinə daha çox vaxt ayırmaq haqqı var.” deyib və əlavə edib “İşləyənlərin həyatları üçün növbəti addımımız bu ola bilər.” Lakın Marin, bu açıqlamanı hələ baş nazir olmadığı və əvvəlki hökumətin nəqliyyat naziri olduğu dövrdə, 2019-cu ilin avqust ayında Sosial Demokratik Partiyanın 120-ci quruluş ildönümü üçün keçirilən tədbirdə verib. Hətta o dövrdə fikrini Twitter hesabında da paylaşıb.
“Son 100 ildə məhsuldarlıq artdıqca iş saatı da azaldı. İnsanların gəlir və rifahı artdı. Çalışma müddətini gündə səkkiz saata endirmək SDP-nin başlıca hədəflərindən biri idi. Alındı. İnsanlar yararlandı. Məhsuldarlığı və ortalama insana təmin edilən şeyləri artırmaq üçün daha çox səy göstərilməlidir. Daha qısa iş saatı müzakirə edilə bilər və edilməlidir. Dörd günlük bir iş həftəsi və ya yaxşı bir məvaciblə altı saatlıq iş günü bu gün bir bir utopya ola bilər, lakin gələcəkdə bəlkə real olacaq.”
Sanna Marin, 2020-ci il avqust ayında yenidən Sosial Demokrat Partiyasının konqresində gündə altı saatlıq işləmək fikrini təkrar irəli sürdü. Lakın 26 avqust 2020-ci il etibarilə məclis gündəmində hələlik belə bir təklif mövcud deyil.
Milli Məclisə həftəlik 24 saat iş rejimi üçün qanun təklifi verilməyib
Marin baş nazir vəzifəsinə başladıqdan sonra məclisə bu yöndə bir qanun təklifi verməyib. Finlandiyadakı təklif və ya qəbul mərhələsində olan qanunları yoxlamaq üçün parlamentin internet səhifəsini ziyaret etdiyimiz zaman iş saatı ilə bağlı Əmək və İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş qanun təklifi olduğunu görürük. Lakin bu təklif ölkədəki ümumi iş saatı ilə bağlı deyil, gecə işçilərinin iş şəratinin yaxşılaşdırılması üçün verilib.
Finlandiya hökuməti Twitter hesabında bir açıqlama yayınlandı və hökumət proqramlarında həftədə dörd günlük iş ilə bağlı bir gündəm olmadığını bildirdi.
Finlandiyada hazırda həftədə beş gün və gündə səkkiz saatlıq bir iş rejimi tətbiq edilir.
Marin dekabr ayında hökuməti çağırdığı zaman avqust ayında həftəlik iş müddəti ilə bağlı verdiyi açıqlama Finlandiya yayın qurumu Kontrast tərəfindən təkrar xəbərləşdirildi. Marinin bu fikrini həyata keçirmək üçün addım atacaöı və tezliklə parlamentə bir qanun təklifi verəcəyi xəbərlərinin də bu xəbərin ardından yayıldığı düşünülür.
Sanna Marin dekabr ayında vəzifəyə gələndə dünyanın ən gənc baş naziri olma ünvanını aldı. Marin hazırda beş ortaqlı bir hökumətdə nazirlik edir və qanun təklifini məclisə versə belə hökumət ortaqlarını da buna razı salmaq məcburiyyətindədir.
Nəticə etibarilə Finlandiyada həftədə 4 gün, günlük 6 saat iş rejimi tətbiq edildiyi iddiası doğru deyil. İddia yanlış məlumatın yeddi növündən biri olan təhrifə nümunədir.