Şagirdlərin qaçmaması üçün dəhlizin əyri dizayn edildiyi iddiası

Şagirdlərin qaçmaması üçün dəhlizin əyri dizayn edildiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Dəhliz olduqca qeyri-bərabər və yuvarlaq görünsə də, onun döşəməsi əslində mükəmməl düz səthdir.

“Casa Ceramica” fotonun məktəb koridoruna aid olmasını yalanlayan məqalə dərc edib.

“Casa Ceramica” özünün “tvitter” hesabında döşəmənin hazırlanmasını əks etdirən video paylaşıb

Damalı döşəməli dəhlizdə kafellərlə hazırlanmış optik illüziya təsviri tez-tez şagirdlərin dəhlizdə qaçmasının qarşısını almaq üçün bir məktəbin ustası tərəfindən hazırlandığı yazılır.

tribuna sebekesi iddia gorsel

Məktəb dəhlizi olması ilə bağlı paylaşımlar internetdə çoxalmağa başlayandan sonra, “Casa Ceramica” 2017-ci ilin sentyabrında qeyri-adi dəhlizlərinin şəkil haqqında izahlı məqalə dərc etdi.

Məqalədə deyilirdi ki, “Keçən həftə giriş mərtəbəmizlə onlayn viral olduq! Müxtəlif başlıqlar ilə - “Uğursuz mərtəbə'” “Bu mərtəbə insanların qaçmasını dayandırmaq üçün quraşdırılıb”, bu belə deyil!”.

Yazıda o da qeyd olunurdu ki, yeni sərgi salonunun yaradılması zamanı müştərilərin ziyarətini yaddaqalan və kefllərlə nəyə nail oluna biləcəyini nümayiş etdirməyə çalışıblar.

Məqalədə sözügedən döşəmənin hazırlanma prosesini əks etdirən fotoları da dərc ediblər.

casa ceramica

“Casa Ceramica” sosial media hesablarında da dəhliz şayiələrinə toxunub. Belə ki, Antonio Corrals adlı tvitter istifadəçisinin bənzər iddiasına belə cavab veriblər: 

“Paylaşdığınız üçün təşəkkür edirik. Lakin bu, bizim giriş mərtəbəmizdir, internetdə yazılanların əksinə olaraq, insanların oradan keçərkən tez-tez getməsini dayandırmaq üçün nəzərdə tutulmayıb. Kafellərlə nə əldə edilə biləcəyini göstərmək üçün nəzərdə tutulub. Döşəmə tamamilə düzdür və yalnız obyektiv vasitəsilə canlanır.