Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının "Al Nasr" klubuna transferi gündəm yaradıb. Bu xəbərlərlə yanaşı bəzi iddialar da gündəmə gəlib.
İddialardan biri klubda yeddi nömrəli forma geyinən Jaloliddin Maşaripovla bağlıdır. Paylaşımlarda Maşaripovun Ronaldoya yeddi rəqəmi verməkdən imtina etdiyi və buna görə də müqaviləsinə xitam verildiyi iddia edilib.
İkili 4 yanvar 2023-cü il tarixində “Al Nasr”ın məşq toplantısında birgə iştirak ediblər
Mövzu ilə bağlı açar sözlərlə axtarış etdiyimiz zaman, “Goal” adlı futbol saytında Jaloliddin Maşaripovun 77 nömrəli formanı geyinməyə başladığı xəbərinə rast gəlirik.
“SSC Sports” isədekabrın 16-da “Al Nasr”-ın prezidenti Musalli Əl Muammardan müsahibə götürüb. Müsahibədə Maşaripovun “Əl Əhli”yə keçidinin gündəmdə olduğu və həmin vaxt yeddi nömrənin başqa futbolçu üçün saxlandığı bildirilib. Transfer gündəmdən düşəndə də futbolçuya 77 nömrəli forma verildi. Bununla belə, nömrə dəyişikliyi Ronaldonun transfer ehtimalının güclənməsi ilə də edilmiş ola bilər.
Jaloliddin Maşaripovun instaqram hesabına baxanda “Al Nasr”-da futbolçu yazısının hələ qaldığı görünür. Futbolçunun dekabrın 13-ə aid 77 nömrə ilə şəkli də var.
Klubla müqavilə imzaladıqdan sonra Kristiano Ronaldo 3 yanvar 2023-cü il tarixindən etibarən "Al Nasr"a qatılıb və ilk məşqinə çıxıb. Maşaripov isə yanvarın 4-də İnstaqram hesabında Ronaldo ilə fotosunu "7/77" başlığı ilə paylaşıb.
Digər bir paylaşımda isə isə ikisinin bir yerdə olduğu görünür.
Yenə klubun paylaşımında Ronaldo ilə Maşaripovun geyinib-soyunma otağında salamlaşarkən çəkilmiş fotosuna rastlamaq olar.
Transfermarkt adlı internet saytında Jaloliddin Maşaripov adlı futbolçunun yeni forma nömrəsinin 77-yə dəyişdirildiyi və onun "Al Nasr" komandasında çıxışını davam etdirdiyi barədə məlumat yer alıb.