Ronaldonun 2013-cü ildə qazandığı "Qızıl top"u yeni satışa çıxardığı iddiası

Ronaldonun 2013-cü ildə qazandığı "Qızıl top"u yeni satışa çıxardığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Kriştiano Ronaldo 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə beş dəfə "Qızıl top"u qazanıb.

Hadisə keçmişdə baş verib. Mükafat 2017-ci ildə “Make-A-Wish” xeyriyyə təşkilatının təşkil etdiyi xeyriyyə tədbirində satılıb.

Xeyriyyə gecəsində mükafatın sürəti satılıb.

Sosial media və müxtəlif xəbər saytlarında Kriştiano Ronaldonun 2013-cü ildə qazandığı “Qızıl top” mükafatını xeyriyyə təşkilatlarına bağışlamaq üçün satışa çıxardığı, israilli iş adamı İdan Oferin mükafatı 600 min avroya aldığı iddia edilib.

Hadisəni aktual xəbər kimi paylaşan sosial media hesabları ilə yanaşı, Britaniya mətbuatının bəzi xəbər saytları da var.

az ronaldo balon doriddia

Hadisə yeni deyil, 2017-ci ildə baş verib

Hadisə ilə bağlı açar sözlərlə axtarış edərkən Kriştiano Ronaldonun 2008, 2013, 2014, 20162017-ci illərdə “Qızıl top” mükafatını qazandığı haqqında məlumat əldə edirik.

“Google” axtarışlarımızı “Ronaldo”, “Ballon d’Or” və “Idan Ofer” açar sözlərini istifadə edərək davam etdirərkən “Hürriyyət Gazeti”nin 2017-ci ildə yayımladığı xəbərlə qarşılaşırıq. Xəbərdə Ronaldonun 2013-cü ildə qazandığı “Qızıl top” mükafatını “Make-A-Wish” adlı yardım təşkilatının tədbirində auksiyona çıxarıldığı və iş adamı İdan Ofer tərəfindən 600 min avro qarşılığında alındığı qeyd olunub. 

Açar sözlərə “2017” və “Make-A-Wish” sözlərini də əlavə edərkən “Hürriyyət Gazeti”nin xəbərini dəstəkləyən bir çox xəbər və sosial media paylaşımı da ortaya çıxır. “ESPN”nin yayımladığı xəbəri araşdırarkən isə “Make-A-Wish” adlı yardım təşkilatının “Qızıl top”u satışa çıxardığı tədbiri Londonda olan “Dorchester” adlı oteldə keçirdiyi məlum olur

Dorchester” otelinin yeri ilə bağlı məlumatlar istifadə edilərək “İnstagram”da 2017-ci ildə edilən paylaşımlar da bu informasiyanı təsdiq edir. Paylaşımda “Qızıl top” mükafatı da görünür.

az ballondor 2013 acik artirma

“Subfrantic” adlı “YouTube” kanalı vasitəsilə xeyriyyə tədbirində çəkilən video çarxı və fotoşəkilləri də əldə etmək mümkündür. Portuqaliya mətbuatında yer alan xəbərlərdə tədbirə Ronaldonun yerinə o dövrkü menecerinin qatıldığı ifadə olunub.

“Bein Sports” un 2017-ci ildə yayımladığı xəbərdə “Make-A-Wish”in rəhbəri Betia Oferin hadisə ilə bağlı müsahibəsi yer alır. Betia Ofer müsahibədə bunları söyləyib:

“Ronaldonun əliaçıqlığı inanılmazdır. Olduqca təhlükəli şərtlərlə mübarizə aparan uşaqların arzularını həyata keçirmək üçün yığılan məbləğ mənə çox təsir etdi”.

Xeyriyyə gecəsində “Qızıl Top” mükafatının surəti satılıb

Tədbirlə bağlı xəbərləri araşdırarkən xeyriyyə gecəsində “Qızıl Top” mükafatının nüsxəsinin satışa çıxarılması ilə bağlı xəbərlərə rast gəlirik. “Real Madrid”in 8 dekabr 2017-ci il tarixində öz internet səhifəsində yerləşdirdiyi yazı da bu məlumatı təsdiqləyir.

Xəbərlərə görə, “Make-A-Wish”in xeyriyyə gecəsi 2017-ci ilin oktyabrında keçirilib. Bununla belə, “Real Madrid”in 2017-ci ilin dekabrında saytında yer alan məlumatda qeyd edilir ki, ziyarətçilər “Real Madrid”in muzeyində Ronaldonun qazandığı beş “Qızıl Top” mükafatını da görə bilərlər.

Ronaldo 9 yanvar 2017-ci ildə oynanılan matçdan əvvəl qazandığı beş “Qızıl Top” mükafatı ilə fotolar çəkdirib.

az real madrid sevilla ballondor

“LaLiga Santander” “Youtube” kanalı tərəfindən paylaşılan matçın xülasəsində Ronaldonun qazandığı beş “Qızıl Top” mükafatı ilə görüntüsü də var.