Qətərin Dünya Çempionatına saxta azarkeş gətirməsi iddiası

Qətərin Dünya Çempionatına saxta azarkeş gətirməsi iddiası

Nəticələndirilə bilmədi Nəticələndirilə bilmədi

Faktlar

Qətər rəsmiləri iddiaları rədd edib.

Ölkədə əsl fanatlar və qrupları da var.

Qətər daha öncə voleybol turnirində “kiralıq azarkeş” istifadə edib.

Əlverişli bilet qiymətləri ölkədəki mühacirlər üçün cəlbedici ola bilər.

Hindistanda futbolsevərlər turnirə böyük maraq göstəriblər.

Dörd ildən bir keçirilən və dünyanın ən böyük idman yarışlarından biri sayılan 2022-ci il Dünya Çempionatına Qətər ev sahibliyi edəcək. Turnir noyabrın 20-dən dekabrın 18-dək davam edəcək. 2010-cu ildə keçirilən səsvermə ilə 2022-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi hüququnu qazanan Qətər hazırda müzakirə mərkəzindədir.

Sosial şəbəkələrdə və müxtəlif saytlarda yayılan iddiaya görə, gözlənilən sayda azarkeşin turnirə gəlməməsi Qətərin Pakistandan “saxta azarkeşlər” icarəyə götürməsinə səbəb olub.

Bəzi paylaşımlarda hətta saxta fanatların 10 dollar qonorar, yemək və qalacaq yerlə təmin ediləcəyi məlumatları da yer alıb.

az qatar dunya kupasi min

İddiaya dəstək olaraq paylaşılan videoda müxtəlif ölkələrin formasını geyinən insanlar var. Videodakı insanların əksəriyyətinin kişilərdən ibarət olduğunu demək olar. 15 noyabr 2022-ci ildə "Twitter"də paylaşılan bu iddiya ilə bağlı bir videoya 2 milyondan çox baxılıb.

Qətərin saxta tərəfdarlar icarəyə götürməsi ilə bağlı iddialar bütün dünyada yayılıb.

Müzakirələr haradan başlayıb?

Turnirdə iştirak edəcək futbol komandalarının əksəriyyəti artıq Qətərdədir. Dünyanın hər yerindən tamaşaçıların Qətərə səfərləri davam edir. 

Müzakirələrin başlanğıc nöqtəsi ölkədə olan azarkeşlərin yürüşündən sonra başlayıb. Belə ki, noyabrın 20-də nəzərdə tutulan açılış mərasimdən əvvəl, noyabrın 11-də fərqli komandaların formalarını geyinən qruplar ölkədə “yürüş” ediblər.

Müxtəlif komandaların formaları, bayraqları və atributları ilə bəzədilmiş qruplar ölkə küçələrində yürüş ediblər

Bu videolar "Qatarliving" adlı "TikTok" hesabı tərəfindən paylaşılıb. Məsələn, bu "TikTok" hesabının braziliyalı azarkeşləri göstərən videosu 6 milyondan çox izlənilib.

"Qatarliving"in digər paylaşımlarında Argentina, Qana, İngiltərə, Kamerun, Tunis, PortuqaliyaMeksika kimi ölkələrin formasını geyinən azarkeşlərin videolarına rast gəlirik.

az kupa 6

Adı keçən bu ölkələr "Qətərin saxta azarkeşlərdən istifadə etdiyi iddiası"nın sahibi olan "TikTok" istifadəçisi "Djlbone"-un paylaşdığı ölkələrlə də uyğun gəlir. Yəni paylaşılan video Qətərdə müxtəlif ölkələrin formalarını geyinən kütlənin fərqli anlarına aiddir.

"Getty Images" foto saytında noyabrın 11-də çəkilən fotoşəkilləri araşdırarkən oxşar azarkeş qruplarına rast gəlinir. Saytda yer alan məlumata görə, müxtəlif ölkələrdən olan azarkeş qrupları paytaxt Dohada nümayiş yürüşü keçiriblər.

az kupa 7

Bu videolardan sonra, 13 noyabr 2022-ci ildə Britaniyanın "Daily Express" qəzeti məsələ ilə bağlı ilk olaraq Qətərin saxta fanatlara pul ödəməkdə günahlandırıldığını bildirən xəbər yayıb.

Bu insanlar həqiqətən fanatdır?

İnternetdə mövzu ilə bağlı araşdırma apardıqdan sonra Qətərdəki bütün tərəfdarların “kiralıq” və ya “saxta” olduğunu demək çətindir.  "Facebook"da 20 min üzvü olan "Portugal Fans Qatar 2022" adlı qrup bəzi ipucları irəli sürür. Gəzintidən sonra səhifədə paylaşılan fotolardan biri maraq doğurur. Məsələn, “Ronaldo Tərəfdarları və Rifah Dərnəyi (Kerala, Hindistan)” loqolu pankartı olan bir fotoşəkil diqqəti çəkir.

az kupa 1

"Ronaldo Tərəfdarları və Rifah Dərnəyi" futbolçunun Hindistandakı fanatları tərəfindən yaradılıb. Hindistanın cənub-qərbində yerləşən Kerala əyalətindəki dərnəyin 100 mindən çox "Instagram" izləyicisi var. Ola bilsin ki, hindistanlı azarkeşlər Ronaldonun son dəfə Dünya Çempionatında oynadığını görmək üçün Qətərə gediblər.

"Facebook" paylaşımlarında noyabrın 11-də keçirilən yürüş zamanı “pakistanlı və ya hindistanlı” kimi “görünməyən” azarkeşlərin olduqları fotolar da var.

az kupa 2

Yenə "Facebook"da axtarış etdiyimiz zaman Keraladan Qətərə gələn FransaBraziliya kimi komandaları dəstəkləyən azarkeşlərin olduqlarını görürük. Hətta 2022-ci il yayında Avropa Qadınlar Çempionatına baxmaq üçün Karelada yaşayan və Fransanı dəstəkləyən bir azarkeş Britaniyaya səkkiz min kilometr yol gedib. Təxminlərə görə, 10 mindən çox fransızın turniri izləmək üçün Qətərə gələcəyi gözlənilir.

"Qatarliving" adlı səhifənin "TikTok"da paylaşdığı videoda Meksika forması geyinən fanatların olduğu video var. Buna oxşar bir video Qətərin Meksikadakı səfirliyi tərəfindən  "Instagram" hesabından paylaşılıb. Paylaşımda səfir Gilermo Ordorikanın Meksika ictimaiyyəti ilə görüşdüyü bildirilir. "Qatarliving"in paylaşdığı videoda səfirin arxasında dayanan eynəkli şəxs səfirliyin paylaşdığı videoda da görünür.

az kupa 5

az kupa 4

Qətərdəki meksikalı tərəfdar da bu yürüşün Meksika səfirliyinin dəstəyi ilə həyata keçirildiyini vurğulayıb.

Bu cür müzakirələr İngiltərə millisi üçün də edilib. İngiltərə millisinin qalacağı oteldə yüzlərlə azarkeş onları qarşılayıb. Bu azarkeşlərdən biri olan 29 yaşlı mühəndis Sajidh deyir ki, hindistanlı azarkeşlərin əksəriyyəti Keraladandır və onlar “saxta” deyillər. Sajidh vurğulayıb ki, ştatda İngiltərə futbol komandasının 700 mindən çox tərəfdarı var.

Təşkilatçılar iddiaları rədd edir

Qətər "2022 Təşkilat Komitəsi" bu iddialardan sonra açıqlama verərək muzdlu və ya kiralıq azarkeşlərlə bağlı iddiaları rədd edib. Lakin Qətərin bu mövzuda keçmiş göstəriciləri o qədər də yaxşı deyil. Qətərin 8 il bundan əvvəl çimərlik voleybolu turnirində miqrant işçilərdən pul müqabilində tamaşaçı kimi istifadə etdiyi aşkarlanmışdı.

Hazırda Qətərdə 2 milyondan çox miqrant işçi var. Dünya çempionatının keçiriləcəyi stadionların tikintisinin bu rəqəmi daha da artırdığı görünür. Miqrant işçilər Nepal, Hindistan və Banqladeş kimi ölkələrin vətəndaşlarından ibarətdir.

Miqrant işçilər üçün uyğun olan 10 dollarlıq biletlər və Hindistandakı “fəxri azarkeşlər”in turnirə marağı videolardakı görüntülərə səbəb ola bilər. Görünür, Qətərin keçmiş təcrübəsi bu iddiaları daha da gücləndirib.

Qətərin 75 faizə yaxın əhalisi kişilərdən ibarətdir

İddialara mövzu olan görüntülərdə daha çox kişilərin görünməsi də normaldır. Çünki Qətərin demoqrafik strukturu buna uyğundur. Son məlumatlara görə 2 milyon 703 min 101 əhalisi olan Qətərin təxminən 75 faizini kişilər təşkil edir. Başqa sözlə, qadınlar ümumi əhalinin yalnız dörddə birini təşkil edir. Yəni ölkədə təsadüfi çəkilmiş videoda qadınların görünmə ehtimalı kişilərdən azdır.

Qətərdəki dünya çempionatı tənqid atəşinə tutulub

Qətərdə hələ oyunlar başlamasa da, artıq kubokla bağlı müzakirələr qızışıb. 2010-cu ildən bəri ölkədə 6 mindən çox işçi çətin iş şəraiti səbəbindən dünyasını dəyişib. Bir neçə gün əvvəl turnirin rəsmi səfirlərindən biri Xalid Salman homoseksuallığı “beyin xəsarəti” kimi qiymətləndirmişdi.

Nəticə etibarı ilə turnirdə əsl azarkeşlərin və qruplarının olduğu göz qabağındadır. Amma kimin əsl dəstəkçi, kimin könüllü azarkeş, kimin pullu tərəfdar olduğunu demək çətindir. Bundan sonra üzə çıxacaq yeni dəlil qeyri-müəyyən olaraq qiymətlədirilən bu təhlilin nəticəsini dəyişə bilər.