Qətər şahzadəsinin Britaniyada yeddi kişi ilə birlikdə tutulduğu iddiası

Qətər şahzadəsinin Britaniyada yeddi kişi ilə birlikdə tutulduğu iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Qətər şahzadəsinin belə bir hadisə ilə əlaqəsi olduğunu göstərən sübut yoxdur.

İddia fotosundakı şəxs Alia Al Mazrouei adında BƏƏ-dən olan iş qadınıdır.

Alia Al Mazroueinin belə bir hadisə ilə əlaqəsinə rast gəlinmir.

Sehika Salwa adında Qətər şahzadəsinin Britaniyadakı bir oteldə yeddi kişi ilə birlikdə tutulduğu iddia olunub.

ekran qeter sehzadesinin yeddi kisi ile tutuldugu iddiasipng

İnternetdə aparılan araşdırma nəticəsində iddianın 2016-cı ildən bəri fərqli dillərdə paylaşıldığını görürük. Qəzetdən alınmış görüntü ilə yayılan iddiada, Qətər şahzadəsi Sehika Salwanın, Londondakı bir oteldə yeddi kişi ilə birlikdə tutulduğu irəli sürülür.

Xəbərin Financial Times-da yayınlandığı, Qətər səfirliyinin isə hadisəni ört-basdır etmək üçün Financial Times-a 50 milyon dollar təklif etdiyi iddiada yer alıb.

katar prensesi iddia gazete kupuru

Belə bir hadisənin baş verdiyini göstərən sübut yoxdur

Mənbə olaraq göstərilən Financial Times saytında və axtarış motorlarında araşdırma apardıqda əslində belə bir xəbər olmadığını görürük. Financial Times komandasından Michael Lindsay, 2016-cı ildə verdiyi açıqlamada belə bir xəbərin yayınlanmadığını və iddianın həqiqəti əks etdirməyini bildirib.

Fotodakı şəxs isə Qətər şahzadəsi deyil. İddia viral olduqdan sonra bir çox mənbələr fotodakı şəxsin Dubay mərkəzli şirkət olan Mazrui Hondings-də əməliyyat direktoru işləyən Alia Al Mazrouei olduğu bildirilib.

Bu ad ilə axtarışa davam etdikdə fotodakı şəxsin Alia Al Mazrouei olduğunu təsdiqləyirik. Nəticələrə əsasən Mazrouei, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır. Bundan əlavə o Twitter profilində də eyni fotodan istifadə edib.

birlesik arap emirlikleri is insani profilpng

Onun Dubay mərkəzli qəzet olan Gulf News ilə reportajı da YouTube kanalında mövcuddur.

Qətər şahzadəsi olduğu iddia edilən Sheikha Salwa adını internetdə araşdırdıqda isə Qətər kral ailəsindən olan Sheikha Mayassa Al Thani adına rast gəlirik. Onun biznes jurnalı olan Forbes-də profili mövcuddur. İddialar ilə əlaqəsi olduğuna dair isə məlumat yoxdur.

katar prensesi forbes is profili

Yenə axtarışa davam etdikdə başqa adda hər hansı bir Qətər şahzadəsinin belə bir hadisə ilə əlaqəsinə rast gəlinmir. 

İddia dünyadakı bir çox fakt yoxlama qurumu tərəfindən yanlışlanıb.