Qətərdə keçirilən 2022-ci il dünya çempionatının başlaması ilə sosial mediyada, həm də xəbər saytlarında müxtəlif cür həqiqəti əks etdirməyən xəbərlər yayılmağa başlayır. Bunlardan biri də dünya çempionatının açılışı oyununda Qətər-Ekvador oyununda Ekvador komandasının vurduğu qoldan sonra qadın azarkeşin köynəyini qaldıraraq sinəsini göstərdiyi iddiasıdır.
Diqqət: Arxivlənmiş linkdə pornoqrafik görüntülər var.
Video 2022-ci ilin oktyabr ayında Meksikada çəkilib
Videodan kəsdiyimiz fotoları axtarışa verdiyimiz zaman “@Fafhoo” adında bir “Twitter” hesabına gedib çıxırıq.
Bu hesab 2022-ci ilinin oktyabrın 14-də ispanca paylaşmışda qeyd edir ki, “Tigres UANL” ilə “CF Pachuca” arasında keçirilən oyunda gözlənilməz bir hadisə baş verib.
“Tigres UANL” ilə “CF Pachuca” 2022-ci ilin 13 oktyabrında Meksika liqasının yarım final qarşılaşmasında üz-üzə gəliblər.
11 metrlik zərbələr fərqli künclərə vurulur
Ayrıca olaraq videoya yaxından baxdığımız zaman Qətər-Ekvador oyununda 15-ci dəqiqəsində Ekvadorun hücumçusu olan Enner Valensiyanın vurduğu 11 metirlik cərimə zərbəsinin qapının sağ küncünə getdiyini görürük.
Digər iddia edilən görüntüdə isə 11 metrlik cərimə zərbəsindən sonra toplun sol küncə getdiyini görürük
Videolara diqqətlə baxdığımız zaman digər ortaya çıxan məqam isə Qətər-Ekvador oyununda ev sahibi olan Qətər millisinin meydana tünd qırmızı rəngdə forma ilə çıxmasıdır.
Google da ispanca “Qadın futbol azarkeşi Tigres vs Pachuca” yazdığımız zaman bir xeyli məqalə ilə qarşılaşırıq. “The Sun” qəzetinin 19 oktaybrda yazdığı məqalədə bildirilir ki, Carla Garza adlı xanım bu hərəkətindən sonra xeyli məşhurlaşıb. Hətta onu Meksikada televiziya verlişlərindən birinə də çağırıblar.
Xəbərdə Carla Garzanın videonun məhşurlaşdığından sonra özünə “Twitter” hesabı açdığı da qeyd edilir. Carla Garza adlı profil 17 oktyabrda paylaşımında bildirir ki, “Mənə dedilər ki, videom viral olub, mən burda təzəyəm. Təşəkkür edirəm və üzr istəyirəm” paylaşımı edib.