Qanada boşanmaq üçün məhkəməyə toy paltarları ilə gedilməli olduğu iddiası

Qanada boşanmaq üçün məhkəməyə toy paltarları ilə gedilməli olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Foto 2009-cu ildə Uqandada yerindən didərgin düşən insanların yaşadığı bir kampda toydan əvvəl cütlüklərin dua etməyini göstərir.

Qanada boşanma haqqında qanunda belə bir şərt mövcud deyil. Belə bir adət olduğunu göstərən işarə də yoxdur.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada paylaşılan fotoda, Qanada məhkəməyə boşanmaq üçün gedən cütlüklərin evləndiyi gün kimi toy geyimləri ilə hakim qarşısına çıxmalı olduğu iddia edilib.

teyitaz gana bosanma analiz iddia ekrani 2


Foto Uqandada çəkilib

İddia fotosuna diqqətlə baxdıqda görürük ki, divarda manipulyasiya mövcuddur. İddianın türk dilində paylaşılan versiyalarında həmin hissəyə fransızca “boşanma otağı” sözü əlavə edilib. Həmin iddialar da Teyit tərəfindən araşdırılıb və yanlış olduğu ortaya qoyulub.

Fotonu əks axtarışla araşdırdıqda orijinalını tapırıq. Alamy adlı saytda yayınlanan fotonun Qanada çəkilmədiyini öyrənirik. Becky Matthews adlı fotoqrafın çəkdiyi kadr, 2009-da Uqandada yaşadığı yerdən çıxarılan insanların yaşadığı bir kampda, toy mərasimindən əvvəl, kilsədə dua edən cütlükləri göstərir. Uqandanın şimalında, Paderdə yerləşən Lacekocot kampında, ölkədəki münaqişələrə görə yerindən didərgin düşən insanlar qalır. Lacekocot kampında yaşayan insanlar, şimali Uqandada 1986-cı il baş verən daxili münaqişələrə görə yerindən didərgin düşən "Acholi" xalqıdır. Şimali Uqandada baş verən münaqişələr səbəbilə, milyonlarla insan yerindən didərgin düşdü

ugandaevlenmekuzereolanciftlerkilisedua

Qanada iddia edilən kimi qanun yoxdur

İddiaya ilk dəfə 2016-cı ildə fransız dilində yayım aparan veb sayt Afrik Mag-da rastlayırıq. Veb saytda, “Məlumat və əyləncə saytı” məlumatına yer verilib. İddia 2018-ci ildə, “There is news” adında əyləncə məqsədi ilə yaradılan mizah saytında ingiliscə paylaşılıb. Saytın sloqanı “Həqiqət deyil, çox gülməlidir” ifadəsi var. Yəni məzmunun mizah məqsədi ilə hazırlandığını demək mümkündür. 

Açar sözlərlə axtarış etdikdə, Qananın boşanmaq haqqında qanunlarında belə bir şərtin olmadığı görünür. Qanada belə bir adət olduğunu göstərən işarə də yoxdur.

AFP Fact Check və Snopes kimi fakt yoxlama quruluşları da iddianın doğru olmadığını ortaya qoyub.