Argentinalı futbolçu Diego Armando Maradonanın və keçmiş UEFA prezidenti Mişel Platininin birgə fotosu onlardan birinin “narkotikə yox” digərinin isə “korrupsiyaya yox” şüarlı köynəklər geyindiyi iddiası ilə paylaşılıb. Paylaşımda hər iki futbolçunun da geyindikləri şüarların əksinə narkotik maddədən istifadə və korrupsiyaya görə cəzalandırıldığı qeyd edilib.
Platinin köynəyində fransızca narkotikə yox yazılıb
İki futbolçunun üzərində şüar yazan köynəklərlə poz verdiyi fotonu Google-da araşdırdıqda həmin gün çəkilmiş başqa görüntüləri tapırıq. Maradona, Pele və Platininin birgə poz verdiyi foto 23 may 1988-ci ildə çəkilib.
Mənbə: Getty Images
Digər oyunçular da eyni şüarlı forma geyinib
Fotolara diqqətlə nəzər yetirdikdə Platininin köynəyində “Drogue No!” yazdiğını görmək mümkündür. Eyniylə Maradonanın köynəyindəki kimi bu şüarın da tərcüməsi narkotikə yox deməkdir. Fransanın Nancy şəhərində Platini üçün keçirilən yubiley oyunun arxiv videosunu internetdə tapmaq mümkündür. Videonu izlədikdə sadəcə Maradona və Platininin yox, Belanov, Forster kimi digər oyunçuların da eyni şüarlı forma geyindiyini görürük.
Fransız futbolçu və keçmiş UEFA prezidenti Platini 2015-ci ildə keçmiş FİFA prezidenti ilə birlikdə korrupsiya ilə ittiham olunurdu. 2022-ci ilin iyul ayında İsveçrə məhkəməsi hər ikisinin də günahsız olduğuna qərar verdi. 2019-cu ildə isə korrupsiya ilə bağlı başqa bir istintaq üçün Fransada sorğu-sual edilib, lakin ittiham olunmayıb.
Narkotik ilə bağlı keçmişi olan Maradona isə 2020-ci ildə kəskin xroniki ürək çatışmazlığının səbəb olduğu pulmoner ödemdən həyatını itirdi.
İddia daha əvvəl AFP və Fakt Yoxla tərəfindən də araşdırılıb.