Xəbər saytlarında və sosial mediada Covid-19 əleyhinə hazırlanan Pfizer/BioNTech peyvəndinin yaradıcılarından Uğur Şahinin ona icazə verilmədiyi üçün peyvənd olmadığı məlumatına yer verilib.
Uğur Şahin , Özlem Türeci və komandası peyvənd vurdurub
Xəbər saytında paylaşılan məlumatlar 22 dekabr 2020-ci ildə BioNTech yaradıcısı Uğur Şahinin Deutsche Welle kanalına verdiyi reportajdan kəsilərək paylaşılıb. Lakin Uğur Şahin və komandasının Covid-19 əleyhinə peyvənd vurdurmadığı iddiası yanlışdır. Xəbərin paylaşıldığı 21 iyun 2021 tarixindən aylar əvvəl Şahin və komandası peyvəndinin ilk dozunu qəbul edib.
Sosial mediada və xəbər saytlarında paylaşılan məlumatda BioNTech Ceo-su Uğur Şahinin reportajından bir hissə verilib.
Deutsche Welle kanalına verdiyi səkkiz dəqiqə yarım olan reportajda Şahin, peyvənd araşdırmaları üzərinə sualları cavablandırır. Müxbir Şahinin niyə hələ də peyvənd vurdurmadığını soruşduqda isə belə cavablandırır:
“Hal-hazırda qanuni olaraq peyvənd vurdurmağıma icazə verilmir. Əlbəttə bunu həyata keçirməyi düşünürük. İş yoldaşlarımızın və əməkdaşlarımızın peyvənd vurdurması bizim üçün çox vacibdir. Bu səbəblə də hədəfimiz 2021-ci ildə 1.3 milyarddan çox doz istehsal etməkdir və bu sadəcə 7/24 həqiqətən də heç ara vermədən işləməyə davam etsək mümkün olacaq. İş yoldaşlarımızı və komanda üzvlərimizi Covid-19 infeksiyasından qoruduğumuzdan əmin olmalıyıq. Çünki bu ara verməyə, gecikməyə və peyvənd dozlarının boşa getməsi mənasına gələcək. Bu səbəblə də bizi dəstəkləyən əməkdaşlıq etdiyimiz ortaqlarımız və komanda üzvlərimizə Avropaya verilən peyvənd kvotasından əlavə olaraq bir partiya təklif etməyi düşünürük.”
Yəni Şahin, reportajı verərəkən sıra onlara gəlməmişdi; qurucu, istehsalın davam edə bilməsi üçün şirkət işçilərinin peyvənd vurdurmasının prioritet siyahısına alınması üçün səy göstərəcəklərini bildirib.
Müxbirin mövzunu daha da açıqlamasını tələb etməsinin ardından Şahin cümləsinə belə davam edir:
“Çünki yüksək bir prioritetdən bəhs edildiyini bilirik. Peyvəndin prioritet siyahısının xaricində olmasına icazə verilmir. Eləcə də digər vacib məqam isə klinik araşdırmalara qoşulmağımıza belə icazə verilməydi. Çünki qanuna əsasən şirkət işçilərini bu cür təcrübələrə daxil etmək mümkün deyil, bu da əslində yaxşıdır. Lakin hazırda bütün şirkətlərimizin və komandalarımızın funksionallığını təmin etmək üçün ehtiyacımız olan daha vacib bir problem ilə məşğul olmaq məcburiyyətindəyik və bu səbəblə buna ehtiyac var. Bunun üçün hüquqi və ədalətli bir həll tapacağımızı düşünürəm.”
Peyvəndlər prioritet qaydada tətbiq olunur
Uğur Şahin və komandası Almanyada yaşayır. Almanyadakı qaydalara əsasən vaksinləşmə ilk olaraq 80 yaş və üzərində olan vətəndaşlar, tibb işçiləri və baxım evində işləyən şəxslərdə aparılır. Bunun ardından isə ikinci və üçüncü prioritet qruplara doğru vaksinləşmə genişlənir. İkinci qrupda da 60 yaş və üzərində olan insanlar, üçüncü qrupda isə təhsil işçiləri və pərakəndə işçiləri var. Yəni Şahin və komandasının daha erkən peyvənd olmamasının səbəbi öz sıralarını gözləməli olduqlarıdır.
Peyvəndin təcrübə mərhələsində könüllü olaraq qəbul edilməmələrinin səbəbi isə könüllü qəbulunun qaydalarıdır. Peyvənd araşdırmalarını aparan şirkətlərin işçilərinin təcrübələrdə iştirakına yol verilməməsinə səbəb isə elmi tərəfsizliyi sığortalamaq və potensial maraq toqquşmalarının qarşısını almaqdır. Məsələn, Pfizer şirkətinin saytında araşdırma ilə bağlı bir qrup işçinin və ailələrinin təcrübələrə qoşulmayacağı məlumatına yer verilib. Bundan əlavə araşdırmaçıların öz araşdırmalarında könüllü olaraq yer alması etik problemləri də ortaya çıxarır. Nəticələrdə maraqların toqquşmaması, araşdırmaların etibarlılığı üçün çox vacibdir. Bu prinsipin əhəmiyyəti, insanlar üzərində tibbi araşdırmaların sərhədlərini təyin edən 1964-cü il tarixli Helsinki Bəyannaməsində də ifadə edilib.