Peyk görüntüsünün oktyabr ayına aid olduğu iddiası

Peyk görüntüsünün oktyabr ayına aid olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Google Earth və Google Maps-də eyni görüntünü tapmaq mümkündür, lakin iddia istifadə edilən peyk görüntüsü iddianın əksinə oktyabr ayında deyil, 15 fevral 2021-ci ilə aiddə çəkilib.

Google Earth-də 2002-ci ilə qədər eyni yerdən çəkilmiş keçmiş görüntüləri tapmaq mümkündür. Peyk görüntülərinə nəzər yetirdikdə 2002-ci ildən bəri zaman zaman sayı dəyişən texnikaların o sahədə olduğunu görürük.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada və xəbər saytlarında yayılan peyk görüntülərinin ermənilərin 2021-ci ilin oktyabr ayında Şuşa ətrafında ağır texnika yığmasını göstərdiyi iddia edildi.

iddia ekrani uydu goruntusu teyitaz


Peyk görüntüsü 2021 fevralına aiddir

İddialarda göstərilən yer Daşkənd, Xocalıdır. Google Maps-dəGoogle Earth-də həmin əraziyə dair görüntüləri araşdırdıqda iddiada istifadə edilən peyk görüntüsünə rastlamaq mümkündür.  Google Earth Pro-dakı görüntünün tarixinə nəzər yetirdikdə ən son çəkilmiş peyk görüntüsünün 15 fevral 2021 tarixinə aid olduğunu görürük. 

Google Earth Pro-dakı görüntünün tarixinə nəzər yetirdikdə ən son çəkilmiş peyk görüntüsünün 15 fevral 2021 tarixinə aid olduğunu görürük. 

google earth teyitaz

Bu fotonu iddiada verilən peyk fotosu ilə müqayisə etdikdə eyni olduğunu görürük. Yəni iddia fotosu 2021 oktyabr ayına deyil, Google Earth peyk görüntüsü 2021-ci il 15 fevral tarixinə aiddir.

google earth teyitaz 2

Google Earth Pro proqramı vasitəsilə həmin ərazidən çəkilmiş keçmiş peyk görüntülərini də görmək mümkündür. 

google earth teyitaz 3