Papa Fransiskin ağ kurtkalı fotosunun həqiqət olduğu iddiası

Papa Fransiskin ağ kurtkalı fotosunun həqiqət olduğu iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Paylaşımdakı foto real deyil.

Foto süni intellektin vizual hazırlıq proqramı olan Midjourney AI ilə hazırlanıb.

Təsvir ətraflı araşdırıldığında bəzi təhriflər ortaya çıxır.

Sosial şəbəkələrdə Roma Papası Fransisin uzun ağ gödəkçə geyindiyi şəklinin gerçək olduğu iddia edilib. Bu iddia bəzi xəbər saytlarında da yer alıb.

papa iddia yapay zeka

Foto süni intellekt vasitəi ilə hazırlanıb

Tərs foto axtarış metodu ilə araşdırdığımız zaman, fotonun Reddit-də 24 mart 2023-cü ildə trippy_art_special adlı hesabdan Midjourney AI vasitəsilə hazırlanmış fotoların rəsmi kanalda paylaşıldığını görürük.

pope midjourney arsiv

Fotonu təfərrüatlı şəkildə araşdırdığımız zaman bəzi təhriflərin olduğu nəzərə çarpır. Məsələn, Papanın əlinin deformasiyaya uğradığını asanlıqla görmək mümkündür.Bəzi sosial media hesablarında da fotonun süni intellekt vasitəsi ilə hazırlandığı bildirilib. Xəbər saytları və bloqlar da Papa Fransisin şəklinin süni intellekt məhsulu olduğunu bildiriblər. 

papa eli bozulma

Bəzi sosial media hesablarında da fotonun süni intellekt vasitəsi ilə hazırlandığı bildirilib. Xəbər saytları və bloqlar da Papa Fransisin şəklinin süni intellekt məhsulu olduğunu bildiriblər. 

Eyni hesab Midjourneyə digər dizaynlar da sifariş veribmiş.

Foto viral olduqdan sonra Papa Fransisin süni intellektlə hazırlanmış digər fotoları da Reddit kanalında paylaşılıb.

Midjourney AI proqramından istifadə edərək qeyri-real foto yaratmaq çox asandır. Tətbiqin veb saytına daxil olduğunuz zaman o, Discord serverinə qoşulur. Qeydiyyatın ardınca "#Newbies" seçimini etdikdən sonra qarşıya çıxan ekranda müəyyən kodlara uyğun ingiliscə yazılmış cümlələrlə real foto yaratmaq mümkündür.

Süni intellekt sosial media istifadəçilərini tələyə sala bilər

Süni intellektlə yaradılmış fotoların əksəriyyəti reallığa yaxın olduğundan, istifadəçilər gördüklərinə şübhəsiz inanmağa meyllidirlər. Yenə Midjourney AI vasitəsilə hazırlanan Donald Trampın həbsini əks etdirən fotolar da gündəmə gəlmişdi.

Süni intellektin inkişafı bir daha göstərir ki, gözümüzlə gördüklərimizin reallığına inanmazdan əvvəl ona şübhə ilə yanaşmalıyıq.