Pandemiya dövründə peyvənd tətbiqinin epidemiologiyaya zidd olduğu iddiası

Pandemiya dövründə peyvənd tətbiqinin epidemiologiyaya zidd olduğu iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

İddianın əskinə peyvəndlər davam edən pandemiyaların qarşısını almaq üçün hazırlanır və xəstəliklə mübarizədə vacib rola malikdir.

Keçmişdə qızılca, qulaqdibi kimi epidemiyalarda hazırlanan peyvəndlər pandemiyanın qarşısını almaq üçün təsirli olub.

Pandemiya davam edərkən hazırlanan və təsdiqlənən Covid-19 peyvəndlərinin də xəstəlikdən qorunmaq üçün təsirli olduğunu göstərən elmi araşdırmalar mövcuddur.

Daha əvvəl də İqor Qundarovun Covid-19 haqqında söylədiyi iddiaların yanlış olduğu fakt yoxlayıcılar tərəfindən ortaya qoyulub.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Xəbər saytlarında geniş şəkildə paylaşılan və İqor Qundarov adlı rus həkimin iddialarına əsaslanan xəbərlərdə, pandemiya davam etdiyi müddət ərzində peyvənd tətbiqinin epidemiologiya qanunlarına zidd olduğu və bunun peyvəndlərin təlimatlarında qeyd olunduğu iddia edilib. 

teyitaz ekran igor gundarov

Peyvəndlər yoluxucu xəstəliklərin qarşısını almaq üçün vacibdir

Daha əvvəl də Covid-19 haqqında iddialar söyləyən və fakt yoxlama quruluşları tərəfindən iddialarının yanlış olduğu ortaya qoyulan İqor Qundarov, pandemiya davam edərkən peyvənd tətbiqinin epidemiologiya qanunlarına zidd olduğunu iddia edib. 

Lakin iddia yanlışdır, peyvəndlər yoluxucu xəstəliklərin epidemiyası zamanı xəstəliyin qarşısını almaq üçün yüz illərdir ki, effektivliyini sübut edib. Keçmişdəki epidemiyalara nəzər yetirdikdə, qarşısı peyvənd ilə alına bilən xəstəliklərdə kütləvi peyvənd tətbiqi, xəstəliklərin epidemiologiyasının gedişatını dəyişdirilə biləcəyini sübut edib

Daha əvvəl meydana gələn qızılca, qulaqdibi epidemiyalarda da eyni strategiya tətbiq olunaraq xalq sağlamlığını təhdid edən xəstəliklərin qarşısı ciddi şəkildə alınıb. Peyvəndlərin hər il milyonlarla insanın həyatını xilas etdiyi təxmin edilir.

Eləcə də SARS-CoV-2 virusunun səbəb olduğu pandemiyanın ilk dövrlərindən etibarən qurumlar peyvənd hazırlama prosesinə başladı. 2020-ci ilin sonlarından etibarən 200-dən çox Covid-19 əleyhinə peyvənd üzərində araşdırma davam edirdi. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənən peyvəndlərin, Covid-19-a qarşı effektiv olduğunu sübut edən araşdırmalar da mövcuddur

Digər yandan pandemiya davam edərkən bir risk də virusun mutasia etməsi nəticəsində daha yoluxucu variantların ortaya çıxmasıdı. Pandemiya dövründə kütləvi peyvənd tətbiqi olmadıqca bu mutasiaların yaranma ehtimalı daha da artır. Çünki bir virus bir insana yoluxduğu zaman genetik kodlara sahib olan hüceyrələrini, RNT-lərinin milyardlarla kopyasını yaratmağa məcbur edir. Covid-19 virusunda isə bu kopyaların bir milyard və yüz milyard arası ola biləcəyi hesab olunur. Bu kopyalar ümumilikdə əsas virusdan bir qədər fərqli və xətalı olur.

Covid-19-un ilk ortaya çıxdığı zamanlarda yaranan və nisəbətən əsas virusa görə zərərsiz olan mutasialar var idi. Lakin, mütəxəssislər mutasiaların bir çoxu hər nə qədər zərərsiz də olsa, pandemiya dövründə yoluxma sayı qalxdıqca və virus xəstəliyə qarşı immuniteti olmayan cəmiyyətlərdə mutasia etdikcə Delta variantı kimi daha sürətlə yayılan variantların ortaya çıxma ehtimalının yüksəldiyinə diqqət çəkir.