Sosial mediada və xəbər saytlarında yayılan görüntülərdə Pakistanın bir bölgəsində təbii qazın torbalara doldurularaq daşındığı iddia edilib. Bu qeyri-adi görüntüləru müxtəlif zarafatlara və müzakirələrə səbəb olub.
Açar sözlər vasitəsilə axtarış edərkən “Anadolu Agentliyi”nin xəbəri ilə qarşılaşırıq. Fotoların Pakistanın Hayber Pahtunhva əyalətində Karak bölgəsindən olduğu ortaya çıxır.
Banda Davud Şah qəsəbəsində nəhəng şarları xatırladan neylon torbalara təbii qaz doldurulur.
Zəngin təbii qaz və neft qaynaqları ilə tanınan ərazidə xalqın qazı əldə edə bilməsi üçün hər hansısa neft emalı zavodu və ya doldurma məntəqəsi mövcud deyil. Qaz boru xəttinə bağlı daxmalarda kompressorların köməyi ilə torbalara doldurulan qaz məişətdə bir neçə saatlıq istifadə edilə bilir.
Plastik torbaların içərisində daşınan təbii qaz dünyanın fərqli xəbər saytlarının gündəmində yer tutub. Şarların daşınmasını əks etdirən görüntülər də internetdə mövcuddur.
Təhlükəli olan bu doldurma və daşıma prosesi kiçik bir səhv nəticəsində partlayışa səbəb ola bilər. Səlahiyyətli qurumlar hadisənin araşdırılması ilə bağlı göstəriş də verib; təhlükəsizlik təhdidi yaratdığı üçün proses qadağan edilərək müxtəlif cəza tədbirləri müəyyən edilib. Lakin yoxsulluqla mübarizə aparan ərazidə yüksək qiymətlət və təbii qaza çatımlılıq problemləri səbəbindən bu cəza tədbirlərinin sadəcə formal xarakter daşıdığı bildirilir.