Pakistan Müdafiə Nazirliyinin 'Üç dövlət, tək millət' tweeti paylaşdığı iddiası

Pakistan Müdafiə Nazirliyinin 'Üç dövlət, tək millət' tweeti paylaşdığı iddiası

Bu məqalə 2 il əvvəl yazılmışdır.
Sayyara Mammadova Seçil Türkkan

Sosial media platformalarında yayılan bir iddiaya əsasən Pakistan Müdafiə Nazirliyinin  sosial media hesabından “Üç dövlət, tək millət” şəklində bir tweet paylaşılıb. Tweetdə bir binada Türkiyə, Azərbaycan və Pakistan bayraqlarının yanbayan asıldığı foto var. Şəkildəki bina bəzi istifadəçilər tərəfindən Pakistan Müdafiə Nazirliyinə aid olduğu iddiası ilə də paylaşılıb. Twitter-da viral hal olan iddia siyasətçilər deputatlar da daxil olmaqla dokuz8 haber, Yeniçağ, Yeniakit kimi xəbər saytları və bir çox türk xəbər saytlarında yayınlanıb. EkşiSözlük-də də mövzu ilə bağlı başlıq açılıb.  #PakistanSavunmaBakanlığı tagı ilə sosial mediada paylaşımlar edildi.

azerbaycanbayrak2

Lakin tweetin paylaşıldığı sosial media hesabı Pakistan Müdafiə Nazirliyinə aid deyil. İzləyici sayının az olmağı və paylaşılan tweetlerdə istifadə olunan dil də hesabın rəsmi olmadığına işarədir. 

azerbaycanbayrak3

Twitter hesabının yönləndirdiyi sayta girdikdə isə sadəcə Pakistanın müdafiə sahəsindən xəbərlər paylaşan bir sayt olduğunu görürük. Sayt istifadəçi adı  “Pakistan Defence” adında başqa bir Twitter hesabı ilə də bağlıdır.

azerbaycanbayrak5

Pakistan Defence adında iki fərqli Twitter hesabı var. 

 

Müdafiə Nazirliyinin belə bir açıqlaması yoxdur

Pakistan Müdafiə Nazirliyinin rəsmi saytında əsas səhifədə iddia ilə bağlı hər hansı bir açıqlama olmadığı görünür. Nazirliyin yönləndirdiyi Twitter hesabı isə Baş nazir İmran Khana aiddir. Khanın da bu yöndə bir paylaşımı olmayıb. Pakistan HavaDəniz Qüvvələrinin rəsmi Twitter hesablarında da bu yöndə bir açıqlama yoxdur.

Foto Pakistandan deyil, Bakıdandır

Mövzu ilə bağlı bəzi paylaşımlarda isə binanın Pakistan Müdafiə Nazirliyinə aid olduğu iddia olundu. 

azerbaycanbayrak6

Binanı göstərən paylaşımlardan birindəki videoda republican18 yazısı isə bir Telegram kanalına aiddir. Kanalda videonun ilk paylaşıldığı anda isə bu binanın Bakıdan olduğu məlumatı var. 

azerbaycanbayrak7

Əks axtarış üsulu ilə də tapdığımız nəticəyə görə fotodakı bina Pakistandan yox, Bakıdandır.

Bina fotolarının olduğu elan saytında da Azərbaycanın paytaxtı Bakıda olan binada satışda evlər olduğu məlumatı verilib. Şəkildəki bina Bakının Yasamal ərazisindəki Renessance Palace-dandır. 

 

Binanın harada olduğunu Google Xəritələr ilə tapmaq mümkündür

İddia, Azərbaycandakı bir xəbər saytından yayılıb

Orduya dəstək olmaq üçün Azərbaycandakı binanın üzərinə Azərbaycan, Türkiyə və Pakistan bayraqları asıldığına dair xəbər var. Xəbərdə Pakistan Müdafiə Nazirliyinin “Üç dövlət, tək millət” paylaşımını etdiyi iddia edilib.

Köşə yazarlı mərkəzli yoxlama platforması Malumatfuruş da bu mövzu haqqında bir yazı yayınlayıb. 

Pakistan Azərbaycanı dəstəklədiyini açıqlayıb

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında 27 sentyabr tarixində başlayan döyüşlər haqqında eyni gün mətbuat açıqlaması verib. Açıqlamada Pakistan Azərbaycanın özünü müdafiə haqqını dəstəklədiyini bildirib.  Pakistan əsgərlərinin Qarabağ ərazisində döyüşdüyünə dair iddiaları isə rədd edib.

Faktlar

  • Tweet Pakistan Müdafiə Nazirliyinin hesabından paylaşılmayıb.
  • Pakistan Müdafiə Nazirliyinin belə bir açıqlaması yoxdur.
  • İddialarda istifadə olunan bina fotosu Pakistandan deyil Azərbaycanın paytaxtı Bakıdandır.
  • İddia Azərbaycanca yayın edən bir saytın xəbərinə görə yayılıb.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
Türk Haber Merkezi, 3.500 etkileşim aldı. 02/10/2020
Pakistan Defence, 30.000 etkileşim aldı. 02/10/2020
Sakarya Gündem, 1.600 etkileşim aldı. 02/10/2020
Melih Esat Açıl, 3.000 etkileşim aldı. 02/10/2020
Misvak Caps, 1.900 etkileşim aldı. 02/10/2020
Murat Baybatur, 300 etkileşim aldı. 02/10/2020
Yusuf Kaplan, 15.000 etkileşim aldı. 03/10/2020
Malatyalı, 3.300 etkileşim aldı. 02/10/2020
Mustafa Armağan, 4.500 etkileşim aldı. 02/10/2020
Vedat Yenerer, 390 etkileşim aldı. 02/10/2020
Yeniçağ, 2.136 etkileşim aldı. 02/10/2020
Dokuz8 Haber, 8.546 etkileşim aldı. 02/10/2020
KonHaber, 122.852 etkileşim aldı. 02/10/2020
Yeni Konya, 5.341 etkileşim aldı. 02/10/2020
Kent Haber, 32.582 etkileşim aldı. 02/10/2020
Savunma TR, 11.217 etkileşim aldı. 02/10/2020
Yeni Akit, 400.637 etkileşim aldı. 02/10/2020
Parantez Haber, 3.204 etkileşim aldı. 02/10/2020
Ankara Masası, 58.755 etkileşim aldı. 02/10/2020
Yenigün Gazetesi, 13.887 etkileşim aldı. 02/10/2020
YouTube - Takip Eden Yolu Biliyorum, 113 etkileşim aldı. 03/10/2020
YouTube- Gündeme Bak, 644 etkileşim aldı. 02/10/2020
hamısını göstər
hamısını göstər
banner azeri