Sosial media platformalarında yayılan bir iddiaya əsasən Pakistan Müdafiə Nazirliyinin sosial media hesabından üzərində “Bir millət iki dövlət” “Tarix yazan sərkərdə” “Qardaş Pakistan” yazan fotoların olduğu bir bina şəklində bir tweet paylaşılıb.
Səhifə nazirliyin rəsmi səhifəsi deyil
Paylaşımlarda adı keçən Facebook hesabına baxdıqda həmin paylaşımın olduğunu görürük. Lakin səhifənin Facebook tərəfindən təsdiqlənmiş rəsmi hesab olmaması şübhə yaradır. Hesabın açıqlama qisminə diqqətlə baxdıqda Pakistan Müdafiə Nazirliyinə aid olmadığını və bir media şirkəti olduğunu görürük.
Həmin Facebook hesabının yönləndirdiyi digər sosial şəbəkə hesablarına baxdıqda yenə media şirkətinin səhifəsi olduğunu görürük. Səhifənin yönləndirdiyi veb sayta da daxil olanda görürük ki, Pakistan’ın Müdafiə Nazirliyi deyil. Burada saytın domain qismində “gov” olmaması bizə hökümət saytı olmadığına dair ipucu verir.
Pakistan Müdafiə Nazirliyinin rəsmi saytı “mod.gov.pk” domain adına sahib olan saytdır. Hökümətin rəsmi saytında axtarış etdikdə iddiadakı fotodan istifadə edilən bir xəbərə rast gəlmək olmur. Eyni zamanda İmran Xanın rəsmi Twitter hesabına da baxdıqda belə bir paylaşım olmadığını görürük.
Bina fotosu Bakıdandır
İddiada istifadə edilən fotonu əks axtarış üsulu ilə araşdırdıqda sosial şəbəkədə bir çox profildə paylaşıldığını görmək mümkündür. Bu paylaşımlara baxdıqda yeni olmadığını və 4 ay əvələ aid də paylaşımın mövcud olduğunu görürük. Bu foto Pakistan Defence səhifəsindən fərqli olaraq daha geniş bir bucaqdan çəkilib.
Fotodakı binanın Azərbaycandan olub olmadığını yoxlamaq üçün həm paylaşımlara gələn şərhlərə nəzər yetirdikdə həm də Google-da axtarış etdikdən sonra binanın Bakcell Arena yaxınlığında Nizami rayonu ərazisində olduğunu aşkarlayırıq. Binanın geniş bucaqdan çəkilmiş 4 ay əvvələ aid fotolarında binanın üst qisimlərinə doğru yanğın izinə bənzər qara bir iz olduğu nəzərə çarpır.
Daha sonra yenə axtarış motorlarında detallı axtarış etdikdən sonra 2019-cu ilin oktyabr ayında, Bakcell Arena yaxınlığındakı bir binada baş vermiş yanğın hadisəsi xəbərlərini tapırıq. Bu xəbərlərdə hadisə yerindən çəkilmiş bir çox foto da mövcuddur. Həmin fotoları diqqətlə nəzər yetirdikdə bayraqların asıldığı bina ilə eyni olduğunu görürük. Yəni binanın Azərbaycandan olduğunu təsdiqləmiş oluruq.
Bakupost: 2019-cu ildə baş verən yanğın hadisəsindən foto.
Əldə etdiyimiz bu fotoların 2019-cu ilə aid olması, iddia fotosunun isə dörd ay əvvələ aid olması fotonun yanğından sonra çəkilmiş ola biləcəyini göstərir.
Foto Azərbaycandan olsa da , bunu paylaşan hesab Pakistan Müdafiə Nazirliyi deyil. Daha əvvəl də həmin hesabdan paylaşılan bir tweet Pakistan Müdafiə Nazirliyinə aid olduğu düşünülmüşdü. Bu iddianı da Teyit araşdıraraq yanlış olduğunu ortaya qoymuşdu.
Eyni ad və fotolar istifadə edilərək açılan hesablar bəzən sosial media istifadəçilərini yanılda bilir. Belə hallarda bu analizdə də bəhs etdiyimiz yolları izləyərək hesabın rəsmi olub olmadığını yoxlamaq mümkündür. Hesabın açıqlama qismini oxumaq, əgər hökümət adına hesabdırsa o ölkənin digər rəsmi qurumlarının veb səhifələrinə nəzər keçirmək də yoxlamaq üçün bir yol ola bilər.