Özbəkistanın rəsmi dilini türk dilinə dəyişdirdiyi iddiası

Özbəkistanın rəsmi dilini türk dilinə dəyişdirdiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Ölkədə rəsmi dil özbək dilidir.

Rəsmi dil heç vaxt rus dili olmayıb.

Yeni dəyişiklik əlifba ilə bağlıdır.

Özbəkistanda 1 yanvar 2023-cü ilə qədər tamamilə kiril əlifbasından latın əlifbasına keçid planlanır.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə Özbəkistanın rəsmi dilinin rus dilindən türk dilinə dəyişdiyi iddia olundu.

ozbekistanin resmi dilini turkce yaptigi iddiasi ekran teyitaz

Özbəkistan 1991-ci ildə Sovet İttifaqının dağılması ilə müstəqilliyini elan edən ölkələrdən biridir. Özbəkistanda 1995-ci ildə hazırlanmış dövlət dili qanununa əsasən rəsmi dili özbək dilidir. Rus dili müstəqillik dövründə heç vaxt rəsmi dil olmayıb. Sadəcə 1940-cı ildən etibarən Sovet İttifaqının təsiri ilə kiril əlifbasından istifadə edilməyə başlayıb

Rəsmi yazışmalarda 1993-cü ildə latın əlifbasına keçilsə də kiril əlifbası da ölkədə geniş formada istifadə olunur. 2020-ci ilin oktyabr ayında latın əlifbasına tam keçid prosesinin sürətləndirilməsinə qərar verilib.  11 fevral 2021-ci ildə isə verilən açıqlamada 1 yanvar 2021 tarixinə qədər latın əlifbasına əsaslanan özbək əlifbasına tam keçid ediləcəyi bildirilib. Bu tarixdən sonra bütün yazışmalar, xəbərlər, kitablar və media qurumları bu əlifbadan istifadə edəcək.

Bu əlifba illər ərzində müxtəlif dəyişikliklərdən keçib və nəticədə 2019-cu ildə Daşkənd Dövlət İqtisadiyyat Universitetindəki iş qrupu tərəfindən son halı təqdim edilib.

ozbekistanin elifba latin kirii

Özbək dili və türk dili, türk dili ailəsinə mənsub olsalar da eyni dil deyillər. Filoloq Robert Lindsay deyir ki, bir dil ilə ləhcə arasındakı fərqi anlamaq üçün lazım olan ölçü ən az 90 faiz qarşılıqlı anlaşıqlılıqdır. Özbək və türk dili arasındakı qarşılıqlı anaşıqlılıq isə 10 faiz ətrafındadır

Ölkədə 1996-cı ildən bəri təhsil latın əlifbasına əsaslanan özbək dilində verilir. Bu səbəbdən gənc əhali arasında bu əlifbanı bilənlərin sayı yüksəkdir.

Rus dili isə ölkənin təqribi 5.4 faizi tərəfindən istifadə edilir.