Meksika hökuməti 2023-cü il yanvarın 5-də “El Çapo” ləqəbli məşhur narkobaron Xoakin Qusmanın oğlu Ovidio Qusmanın Sinaloa əyalətinin Culiacan şəhərində 10 əsgər və 19 şübhəli cinayətkarın öldüyü əməliyyatda həbs edildiyini açıqlayıb.
Bu xəbərdən sonra bəzi xəbər saytlarında Ovidio Qusmanın həbs edildiyi əməliyyatını göstərən video yayılıb.
Video görüntülər yeni deyil
“Youtube”da ispanca “Video de la detención de Ovidio Guzmán” açar sözləri vasitəsi ilə axtarış etdiyimiz zaman qarşımıza 4 il öncəyə aid eyni görünütlər çıxır.
Mərkəzi Madriddə yerləşən gündəlik ispan dilli qəzet olan “El Pais”in yayımladığı videonun açıqlama hissəsində qeyd edilib ki, 2019-cu ilin oktyabrın 17-də keçirilən əməliyyat zamanı Ovidio Qusman evində həbs edilib.
Axtarışımızı davam etdirərkən mərkəzi ofisi Amerikanın Kaliforniya ştatında yerləşən gündəlik nəşr edilən “Los Angeles Times”ın 2019-cu ilə aid videosu ilə qarşılaşırıq.
Videonun ilk saniyələrində bu qeydlə rastlaşırıq:
“Meksika hökuməti tərəfindən yayımlanan bu videoda təhlükəsizlik qüvvələrinin Sinaloa kartelinin lideri və Xoakin “El Çapo” Qusmanın oğlu Ovidio Qusman Lopezi oktyabrın 17-də Culiacan şəhərində ələ keçirməsi anı göstərilir.”
Ovidio Qusmana qarşı keçirilən 2019-cu il əməliyyatı
“Google”da axtarış etdiyimiz zaman “BBC”nin 2019-cu ildə Ovidio Qusmana qarşı keçirilən əməliyyatla bağlı yazısına rast gəlirik.
Yazıda qeyd olunur ki, Meksikanın Culican bölgəsində keçirilən xüsusi əməliyyat zamanı Olvidio Qusman və bir neçə nəfər saxlanıldıqdan sonra cinayətkar dəstənin üzvlərinin başlatdığı işğtişaşlara görə Olvidio Qusman və yanındakı şəxslər sərbəst buraxılıb.
(Sinaloa kartelinin yüzlərlə adamı Culiacanda küçələri bağlayıb; Foto 2019, AFP.)
Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres Manuel Lopes Obradoranın 2019-cu il oktyabrın 18-də keçirilən əməliyyatla bağlı çıxışı ilə qarşılaşırıq.
O, çıxışında vətəndaşları qorumaq üçün Təhlükəsizlik Kabinetinin Ovidio Qusmanı azad etmək qərarını dəstəklədiyini bildirərək qeyd edib: “Cinayətkarı ələ keçirmək insanların həyatından qiymətli ola bilməz.”
Beləliklə, Olvidio Qusmanın saxlanıldığına aid görüntülər yeni deyil. Bu görünütlər 2019-cu ilin oktyabrın 17-də Culiacana şəhərində keçirilən əməliyyatdandır.