Orduda 879 min 458 vətəndaşın könüllü qeydiyyatdan keçdiyi iddiası

Orduda 879 min 458 vətəndaşın könüllü qeydiyyatdan keçdiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi məlumatına əsasən 16 iyul minlərlə, 17 iyul isə 8 min 500-ə yaxın vətəndaşın müraciəti qeydə alınıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17 iyul tarixli xəbərinə görə iyulun 13-dən 17-dək MN-ə müvafiq mövzuda 7 minədək müraciət daxil olub.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrində 879 min 458 vətəndaşın könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyatdan keçdiyi iddia edildi. Paylaşımların bəzilərində müraciət edənlər arasında 74 min 634 şəxsin, bəzilərində isə 34 min 654 şəxsin qadın olduğu iddia edildi.

VTgdvLSMBGWkX4MH5If3LFK0Sy3uhQtux_O44Whf91bQcM2CaZ FGTUUrXiXP3sSKd_qb3YQ56rXWPMbcUWRlvXMBO7q9So7pQC6KXIs2y8YD2hUBeWOaw5fGoxr9kA6Dm7GcsX

Lakin iddia doğru deyil. Bu iddialardakı rəqəmlər ilə iddianın paylaşıldığı 16-17 iyul tarixlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi açıqlamaları ilə üst üstə düşmür.

22 iyula qədər 55 min 130-dan çox vətəndaş qeydiyyatdan keçib

12 iyul 2020-ci ildə Azərbaycan və Ermənistan arasında Tovuz istiqamətində döyüşlər başladı. 2020-ci il 14 iyul tarixində isə Bakıda Qarabağ yürüyüşü keçirilərək Qarabağ şüarları səsləndi. Bunun ardından orduda xidmət etmək üçün qeydiyyatdan keçənlərin sayı ilə bağlı iddialar yayıldı. Lakin 879 min 458 vətəndaşın hərbi xidmət üçün qeydiyyatdan keçdiyi iddiası yanlışdır. İddialardan bəzilərinin paylaşıldığı 16 iyul tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi açıqlamada deyilir:

“İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram”,-deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar.”

Digər iddiaların paylaşıldığı 17 iyul tarixində də qurumun rəsmi internet səhifəsində rəqəmlərlə bağlı açıqlama mövcuddur. Bu açıqlamada hərbi xidmət üçün könüllü qeydiyyatdan keçən vətəndaşların sayının 8 min 500-ə yaxın olduğu bildirilib. Saytda bununla bağlı ən son 22 iyul 2020-ci il verilən açıqlamada 55 min 130-dan çox vətəndaşın həmin tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qeydiyyata alındığı qeyd edilib.

Bundan əlavə Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəsmi saytında 17 iyul yayınlanan xəbərdə iyulun 13-dən 17-dək Müdafiə Nazirliyinə bu mövzuda 7 minə yaxın müraciət daxil olduğu bildirilib. Bu rəqəm də 16 və 17 iyul tarixlərində paylaşılan iddialardakı rəqəmlə üst üstə düşmür.

Hərbi xidmət üçün qeydiyyata alınan vətəndaşların nə qədərini qadın nə qədərini kişi təşkil etdiyi barədə isə məlumat mövcud deyil. 

Nəticə etibarilə orduda xidmət etmək üçün 879 min 458 vətəndaşın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçdiyi iddiası doğru deyil. İddiaya yanlış məlumatın yeddi növündən biri olan uydurma deyə bilərik.