Sosial şəbəkədə və xəbər saytlarında yayılan məlumatda keçmiş Ermənistan Baş naziri Nİkol Paşinyanın, həyat yoldaşı Anna Hakobyanı İqtisadiyyat Naziri vəzifəsinə təyin etdiyi iddia edilib.
Bir çox xəbər saytı Qafqazinfo-nu mənbə göstərərk xəbəri versə də, sayt xəbərin doğru olmadığını gördükdən sonra xəbəri yeniləyib.
Ad bənzərliyi xətalı əlaqələndirməyə səbəb olub
Xəbərin doğru olub olmadığını yoxlamaq üçün Ermənistan Baş nazir Nikol Paşinyanın rəsmi internet səhifəsinə nəzər yetirək. Saytın rəsmi qərarlar səhifəsinə baxdığımız zaman bizi hökümət qərarlarının yayınlandığı bir səhifəyə yönləndirir. Baş nazirin imzaladığı qərarlar səhifəsində ən son 20 May 2021 tarixində imzalanan qərara rast gəlirik.
Qərarın Google Tərcümə ilə çevrilmiş versiyası. Mənbə
Qərar Anna Hakobyan adlı şəxsin İqtisadiyyat Nazirinin müavini vəzifəsinə təyin edildiyini göstərir. Anna Hakobyanın, Nikol Paşinyanın həyat yoldaşının adı ilə bənzərlik təşkil edir. İnternetdə axtarış etdikdə ermənicə yayım edən xəbər saytlarının da bu xəbərə yer verdiiyni görürük. Bu xəbərlərdə yeni vəzifəyə gətirilən şəxs haqqında qısa məlumatlara yer verilib. Bunlar arasında 1980-ci il təvəllüdlü olduğu, Ermənistanın Gümrü bölgəsində doğulduğu və Avropada təhsil aldığı kimi məlumatlar mövcuddur. Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan isə 1978-ci ildə İrəvan şəhərində doğulub.
Axtarış motorunda Ermənistan İqtisadiyyat Nazirliyinin rəsmi saytında Anna Hakobyanın adını ermənicə yazıb axtarış etdikdə haqqında nəticə çıxmır. Ancaq hökümətin rəsmi Facebook səhifəsinə nəzər yetirdikdə bu barədə postlar paylaşıldığını görürük. Birinci postda Anna Hakobyanın bioqrafiyası haqqında qısa məlumat və şəkli əlavə edilib.
İqtisadiyyat Nazirliyinin rəsmi Facebook səhifəsindəki açıqlama
Birinci postun ardından bir neçə saat sonra İqtisadiyyat Nazirliyi yeni bir paylaşım ilə vəzifəyə təyin edilən Anna Hakobyan haqqında məlumatların yerləşdiyi səhifəni yayınlayıb.
İqtisadiyyat Nazirliyinin rəsmi saytı
Emənistan İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsindəki məlumatlardan və fotolardan yeni vəzifəyə təyin olunan şəxsin Nikol Paşinyanın həyat yoldaşı olmadığı anlaşılır. Eləcə də fotoları müqayisə etdikdə iki fərqli insan olduğunu görürük.
Solda Anna Hakobyan (İqtisadiyyat Nazirinin müavini)
Sağda Anna Hakobyan (Baş nazirin həyat yoldaşı)