Naxçıvanda toylarda yemək verməyin qadağan edildiyi iddiası

Naxçıvanda toylarda yemək verməyin qadağan edildiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Naxçıvanda pandemiya şəraitində şənliklər (toy, nişan, ad günləri və s.) 22 iyun 2021 tarixində yayınlanan qərara uyğun formada keçirələcək.

Qərarda qonaqlara yemək verilməsinə dair qadağa mövcud deyil.

İddialarda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin şəkli olsa da məclisin internet saytında belə bir məlumat yoxdur.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin saytında da belə bir qadağa qərarı mövcud deyil.

İddia Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən də təkzib edilib.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Covid-19 pandemiyası ilə bağlı alınan tədbirlər çərçivəsində 1 iyul 2021 tarixindən etibarən ölkədə toy, nişan, ad günü kimi şənliklərin keçirilməsinə icazə verilib. Sosial şəbəkədə yayılan iddiaya əsasən Naxçıvan Muxtar Respublikasında keçirələcək toylarda yemək verilməsi qadağan edilərək sadəcə şirniyyat verilməsinə icazə veriləcək.

nahcivan dugun yemek yasak iddiasi ekran

Nazirlər Kabinetinin qərarında belə bir qadağa yoxdur

22 iyun 2021 tarixində Azərbaycanda xüsusi karantin rejiminin qaydalarına bəzi dəyişikliklər qəbul edildi. Bu dəyişikliyə əsasən 1 iyul 2021-ci il tarixindən etibarən ölkədə toy, nişan və ad günü kimi şənliklərin keçirilməsinə icazə verildi. Nazirlər Kabinetinin 22 iyunda yayınladığı qərara rəsmi internet səhifəsindən əldə etmək mümkündür. Həmin qərarda toylarda yeməyin qadağan olduğuna dair hər hansı bir maddə mövcud deyil.

Eləcə də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin internet səhifəsində də belə bir qadağa olduğuna dair məlumat yoxdur. İddiaların bəzilərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin şəklindən istifadə edilib. Məclisin internet səhifəsindəki məqalələr arasında da toylarda yeməyin qadağan edildiyinə dair məlumat verilməyib.

Rəsmi olaraq da iddia təkzib edilib

Naxçıvan Muxtar Respublikası Bakıdakı daimi nümayəndəliyi iddiaların ardından açıqlama verərək iddianın doğru olmadığını, şənliklərin mövcud qərarə əsasən keçirələcəyini bildirib. Nümayəndəliyin internet saytında da bu barədə açıqlamanı tapmaq mümkündür.