NASA-nın 2018 AH adlı asteroid üçün xəbərdarlıq yaydığı iddiası

NASA-nın 2018 AH adlı asteroid üçün xəbərdarlıq yaydığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

NASA AH 2018 adlı asteroid haqqında bir açıqlama verməyib.

2018 AH, dünya üçün təhlükəli olan göy cisimləri arasında deyil.

2018 AH-nin 2105-ci ilə qədər dünyadan uzaqlaşması gözlənilir, yaxınlaşması deyil.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada paylaşılan iddialarda, Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) bir asteroidlə bağlı xəbərdarlıq yaydığı iddiası olunub. İddiada asteroidin atom bombasında 800 qat daha güclü olduğu deyilir.

nasa asteroid iddia ekrani

NASA-nın yaxın tarixdə belə açıqlaması yoxdur

İddianı araşdırmaq üçün Google-da açar sözlər ilə axtarış edək. NASA-nın rəsmi veb saytında sözügedən 2018 AH haqqındakı açıqlamalarına nəzər yetirdikdə, yaxın tarixdə verilmiş bir açıqlama olmadığını görürük.

Türkiyədə də geniş şəkildə yayılan bu xəbər, əslində israildə fəaliyyət göstərən “The Jerusalem Post”-dan götürülüb. Həmin məzmun isə NASA açıqlamalarına deyil, ölçü sistemlərinə əsaslandırılıb. Xəbərdəki digər bütün şərhlər də bura aiddir. 

2018 AH dünyanı təhdit edən meteroitlər arasında deyil

NASA-nın müəyyən etdiyi ölçülərə əsasən yaxından izlədiyi və dünyaya zərər vermək ehtimalı olan bəzi meteroitlər mövcuddur. Bu siyahı da ictimaidir. 2023-2290 arasında dünyanı təhdit edə biləcək meteroitlərin yer aldığı bu siyahıda 2018 AH yoxdur

Avropa Kosmik Agentliyi (ESA) də yaxın tarixdə 2018 AH haqqında xəbərdarlıq yayımlamayıb. Bundan əlavə asteroid qurumun risk siyahısında da yoxdur.

Meteroitləri izləyən sistemə əsasən 2018 AH, 29 dekabr 2021 tarixi etibarilə dünyaya təxmimən 32 milyon kilometr uzaqlıqdadır. 29 dekabr 2022-ci ildə isə bu fərq 625 milyon kilometr olacaq.

Yəni meteorit ilin sonlarına doğru bir az yaxınlaşsa da dünyaya çırpılmayacaq. Dünya və Venera orbitlərinin arasından keçib getməyi gözlənilir.

nasa aciklama yapmadi 2

nasa aciklama yapmadi 3

2021 və 2022 sonlarına görə 2018 AH-nin yeri

2105-ci ilə qədər dünyadan uzaqlaşacaq

2018 AH adlı asteroidin dünyaya ən yaxın olduğu tarix 2018-ci il olub. O tarixdən bəri dünyadan uzaqlaşır və 2015-ci ilə qədər də uzaqlaşması gözlənilir.

nasa aciklama yapmadi 4

NASA, 1908-ci ildə Sibirə düşən meteoritinin 100-cü ildönümündə, 2008-ci ildə, açıqlama verdi və bunun müasir dövrdə birbaşa şahid olunmuş ən böyük asteroid girişi olduğunu dedi.

Tunguska-nın yaratdığı çırpılmanın təsirinin, Hiroşimaya atılan atom bombasından 185 qat daha çox olduğu bilinir. Bəzi paylaşımlar buna görə atom bombası nümunəsini verib və bu da narahatlıq doğurub.

2018 AH, kəşf edilməsindən iki gün əvvəl dünyanın çox yaxınından keçib

Teyit buna bənzər iddialar ilə sıx sıx qarşılaşır və araşdırır.