Sosial media paylaşımlarında Mustafa Kamal Atatürkə aid bir foto ilə birlikdə istifadə etdiyi kəmərə vurğu var. İddiaya əsasən Mustafa Kamal israf etməmək üçün yeni kəmər almaq yerinə tək dəlikli kəmərinin iynəsini iki dəlikli ilə dəyişdirib və kəmər də buna əsasən yenidən dəlinib.
Orijinalda da kəmərin dəlikləri fotodakı kimidir
İddianı araşdırmağa şəkli tarixini müəyyən etməkdən başlaya bilərik Atatürkün xronoloji şəkillərinin arxivini saxlayan “isteataturk.com” veb səhifəsi bunun üçün yaxşı mənbə ola bilər Arxivi təhlil etdikdən sonra sözügedən fotonun 23 mart 1923-cü ildə Afyon bələdiyyəsi qarşısında afyonlulara xitab edərkən çəkildiyini görürük.
Orijinal foto
Mənbə: isteataturk.com
Atatürkə aid digər fotoları da araşdırdıqda eyni kəmərdən istifadə etdiyi və yanında başqa əsgərlərin də olduğu fotoları görmək mümkündür. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin internet saytında paylaşılan fotolardan birində digər generalların da kəmərlərində iki dəliklər olduğunu müşahidə edirik.
Atatürk digər generallar ilə
Mənbə: Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi
Kəmər haqqında daha çox məlumat əldə etmək üçün açar sözlərlə Birinci dünya müharibəsindən sonra istifadə edilən kəmərləri araşdırdıqda “Sam Browne” kəmərinə rast gəlirik. Adını sol qolunu itirdikdən sonra bu kəməri icad edən ingilis əsgər “Samuel J. Browne”-dan alan kəmər orijinalda da iki dəliklidir. Birinci dünya müharibəsində bir ingilis əsgərin uniformasında da kəməri görmək mümkündür.
Birinci dünya müharibəsində “Sam Browne” kəmərindən istifadə edən ingilis
Mənbə: Vikipediya
Türk əsgərlərin Birinci dünya müharibəsinin ardından istifadə etdiyi uniforma və kəmərləri araşdırmaq üçün açar sözlərlə axtarışa davam etdikdə, Osmanlı uniformaları haqqında arxiv foto və məlumat paylaşan veb səhifəsində bəzi məlumatlara rast gəlirik. İnternet saytının sahibi kəşfiyyat və təhlükəsizlik kimi sahələrdə də hesabatlar hazırlayan Christopher Flaherty, Osmanlı-Avstriya Müharibəsi haqqında bir kitabın da yazarlarından biridir. Saytının açıqlama qismində ingiliscə danışan araşdırmaçılar üçün hazırlanmış məlumatların qaynağının tapılmış uniformalar, dövrün çizimləri, yazılı açıqlamalar və fotolar olduğu qeyd edilib.
Saytdakı məlumata əsasən Birinci dünya müharibəsinin ardından uniforma dəyişikliyi olub və türk əsgərlər də “Sam Browne” kəmərlərindən istifadə etməyə başlayıb. Eyni zamanda saytda Hərbi Muzeydə çəkilmiş bir fotodan da bəhs edilir. Fotodakı kəmər Atatürkün fotosundakına da bənzəyir.
Hərbi Muzeydən foto
Mənbə: ottoman-uniforms.com
Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı olaraq İstanbulda fəaliyyət göstərən Hərbi Muzey və Mədəniyyət Saytı Komandanlığının “Birinci Dünya Savaşı Salonu ve Kurtuluş Savaşı Salonları” bölümündə virtual tur edərkən muzeydəki “Büyük Taaruz Kararı Kompozisyonu”-da bənzər kəmərin istifadə edildiyini təsdiqləyirik.
Mənbə: Milli Müdafiə Nazirliyi
Bundan əlavə kəmər haqqında axtarış etdikdə ebay, amazon kimi veb saytlarda satıldığını da görürük.
Türkiyədə “manevra kemeri” kimi adlandırılan “Sam Browne” ilə bağlı Osmanlı Hərbi Tarixi üzrə ekspert Prof. Dr. Mesut Uyar, öz Twitter hesabında ətraflı məlumatlar paylaşıb. Uyar, bu kəmərlərin İstiqlaliyyət müharibəsindən 1947-ci ilə qədər istifadə edildiyini bildirib.