Sosial şəbəkədə üzərində Şuşa yazılan bir əskinas fotoları paylaşılaraq fotodakı əskinasın Azərbaycanda tədavülə buraxılacaq yeni pul nişanı olduğu iddia edildi.
Dizayner tərəfindən çəkilən xəyali əskinasdır
İddiadakı əskinas fotosunu araşdırdıqda əslində dizayner tərəfindən çəkildiyi məlumatını əldə etmək mümkündür. Bir neçə ay əvvəl sosial şəbəkələrdə bu barədə paylaşımlar olub. Belə ki, dizayner və rəssam Rəsul Həsənov, Şuşa ilə bağlı hazırladığı eskizi xəyali bir pul nişanı üzərində əks etdirib.
Üzərinə imza olan və sosial şəbəkədə daha əvvəl paylaşılan eskiz
Sosial şəbəkədə daha əvvəl paylaşılan eskizlər
Eskizlə bağlı Rəsul Həsənovun sosial media hesabları və Behance portfolyosunda axtarış etdikdə nəticə çıxmır. Lakin Facebook hesabındakı bir paylaşımdan ideyanın ona aid olduğunu doğrulamaq mümkündür.
Mərkəzi Bankı da iddiaları təkzib edib
Mövzu ilə bağlı xəbər saytlarına açıqlama verən Mərkəzi Bank rəsmiləri, bankın 500 manatlıq pul nişanlarını tədavülə buraxmadığını bildirib.
Azərbaycanda 500 manatlıq pul nişanı mövcud deyil. Eləcə də Mərkəzi Bankın rəsmi internet saytında verilən yubiley və xatirə pul nişanları arasında da iddiadakı əskinas yoxdur.
Daha əvvəl də üzərində Heydər Əliyevin təsviri olan 500 manatlıq əskinas iddiaları da sosial şəbəkədə paylaşılmış və Mərkəzi Bank bu iddianı da təkzib etmişdi