Sosial şəbəkələrdə yayılan və teyit.org-a göndərilən bildirişlərdə aktyor Əmir Xanın payladığı bir kilo un yardımının içinə 15 min rupi yerləşdirdiyi iddia edildi. Bu paylaşımlardan sadəcə biri 1500 dəfə bəyənildi və 176 dəfə paylaşıldı. Bundan əlavə saytlar da yanlış olan bu iddianı gündəmə gətirdilər.
Lakin iddia doğru deyil. İddiada bəhs edilənlər TikTok üzərində paylaşılan bir videoda ortaya atıldı. Lakin həmin videoda Əmir Xandan bəhs edilmir.
Yardım Əmir Xana aid deyil
İddia bir TikTok videosundan yayılmağa başlayır. Samir Xan adlı istifadəçi 2020-ci ilin 19 aprel günü çəkdiyi videoda un paketlərinin içinə 15 min rupi qoyulduğundan bəhs edir. Lakin un yardımından danışarkən Əmir Xandan bəhs etmir.
“TikTok istifadəçilərindən bir xahişim var, zəhmət olmasa bu videonu mümkün qədər paylaşmağa çalışın. Öz reklamını etmədən ehtiyacı olan insanlara yardım edən bir nəfərə təşəkkür etmək istəyirəm. Bu yardımı şöhrət qazanmamaq üçün gizlincə etdi və indi adını heç kəs bilmir. Gecə yarısı bir gecəqondu məhəlləsinə buğda unu paylamaq üçün bir yük maşını gəlir. Hər bir nəfər üçün 1 kiloqram un payladığını dedilər və unun miqdarı az olduğu üçün bir çox insan unu almaqdan imtina etdi. Sadəcə həqiqətən acından ölmək üzərə olan ehtiyac sahibləri getdilər və 1 kiloqramlıq un paketi aldılar. Lakin paketi evdə açarkən içində 15 min rupi olduğunu gördülər.”
Teyit videonu təsdiqləmək üçün Samir Xan ilə əlaqəyə keçdi. Samir Xan sadəcə maraqlı bir hadisə haqqında məlumat vermək istədiyini və videoda Əmir Xandan bəhs etmədiyini, hətta videoda Əmir Xanın adının belə keçmədiyini ifadə etti.
Əmir Xan iddiaları təkzib etdi
Əmir Xan Twitter üzərində verdiyi açıqlamada un paketlərinə pul qoyan şəxs olmadığını və hekayənin uydurma ola biləcəyini yazdı.
Quint adlı veb sayt Əmir Xanın komandası ilə əlaqəyə keçərək onun belə bir yardım tərtib etmədiyinə dair məlumat əldə etdi.
Bundan başqa, India Today adlı təsdiqləmə qurumu yardımın Əmir Xan tərəfindən paylandığı iddiasının yanlış olduğunu bildirdi.
Əmir Xan ilə bağlı iddialar yeni deyil
Bu Əmir Xan ilə bağlı ortaya çıxan ilk iddia deyil. Bundan əvvəl Əmir Xanın Covid-19 üçün maddi yardım payladığı yönündəki iddia təkzib edildi.
Nəticə etibarilə iddia doğru deyil. İddia TikTok üzərində paylaşılan bir videoya əsaslanır. Lakin həmin videoda Əmir Xandan bəhs edilmir. Yardımı kimin etdiyi məlum deyil. İddia yanlış məlumatın yeddi növündən biri olan təhrifə nümunədir.