Meymunçiçəyinin Rusiyanın bioloji silahı olduğu iddiası

Meymunçiçəyinin Rusiyanın bioloji silahı olduğu iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

İlk dəfə 1970-ci ildə insanlara yoluxma faktı qeydə alınan meymunçiçəyi Rusiyanın bioloji silahı deyil.

Virusun genom ardıcıllığında aparılan təhlillər aktual yoluxmaların Qərbi Afrikada yayılan meymunçiçəyi ilə əlaqədar olduğunu göstərib.

Elmi sübutlar insan müdaxiləsi olmadığını göstərir.

Meymunçiçəyi haqqında yayılan məlumatda virusun Rusiyanın bioloji silahı olduğu iddia olunub. İddia isə SSRİ-də bioloji silah üzrə ekspert işləmiş Ken Alibekin (Kanatjan Alibekov) reportajına əsaslandırılıb.

ekran iddia meymunciceyi silah

Virusun genom ardıcıllığı insan müdaxiləsi olmadığını göstərib

İlk dəfə 1958-ci ildə kəşf edilən meymunçiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsubdur. Virusa insanlar arasında ilk yoluxma isə 1970-ci ildə olub. Təbii çiçək peyvəndi isə meymunçiçəyi virusuna qarşı 85 faiz təsirlidir.

Virusun təbii olub olmadığını da ortaya çıxaran araşdırmalardan biri onun genom ardıcıllığını təhlil etməkdir. Elm adamları tərəfindən təhlil olunan meymunçiçəyi virusunun genom ardıcıllığı, bu virusun daha əvvəl qeydə alınmış yoluxmalar ilə bənzər olduğunu göstərib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) rəsmisi də verdiyi mətbuat açıqlamasında, araşdırmalara əsasən hazırkı yoluxlamaların Qərbi Afrikadakı yoluxmalar ilə bənzər olduğunu bildirib. Yəni elmi sübutlar virusa insan müdaxiləsinin olmadığını göstərir.

İddiada mənbə kimi göstərilən Ken Alibek (Kanatjan Alibekov) SSRİ dövründə biosilah eksperti kimi işləyib. Alibek, SSRİ dağıldıqdan sonra ABŞ-a köçüb və 1999-cu ildə Sovet hökümətinin biosilah təcrübələrinə dair kitab yazıb. 

Alibek, Kimyəvi və Bioloji Silahların Yayılmasının Qarşısının Alınması üzrə Layihə (CBWNP) üçün 1998-ci ildə verdiyi reportajında da Rusiyanın biosilah hazırlama planlarında meymunçiçəyindən istifadə etdiyinə dair iddiaları səsləndirib. Metro media qurumunun 1998-ci il tarixli bu reportaj əsasında hazırladığı xəbər iddianın yayılmasına səbəb olub.