Məkkədə düzənliklərin və dağların yaşıllaşdığı iddiası

Məkkədə düzənliklərin və dağların yaşıllaşdığı iddiası

Doğru Doğru

Faktlar

Səudiyyə Ərəbistanında yerləşən media orqanlarından və müxtəlif bölgələrdən çəkilmiş görüntülərdən iddianı dəstəkləyən məlumatlar əldə edilib.

Peyk görüntüləri tədqiq edilərək yağıntıdan sonra əmələ gələn yaşıllıq sahəsi təsbit edilə bilər.

2018-ci ildə də Məkkənin dağları və düzənlikləri yaşıllaşmışdı.

Səudiyyə Ərəbistanında yerləşən "No Rumors" fakt yoxlama platforması görüntüləri təsdiqləyib.

Sosial mediada Məkkədə günlərlə yağan leysan yağışlardan sonra düzənliklərin və dağların yaşıllaşdığı iddia edilib.

Görüntülər sosial mediada müzakirələrə səbəb olub, bəzi sosial media istifadəçiləri isə bunun İslam inancına görə qiyamət əlaməti olduğunu bildiriblər. Bəzi istifadəçilər isə fotoların filtr olduğunu bildirib.

az mekke iddia

Görüntülər Məkkədə qeydə alınıb

İddia ilə bağlı açar sözlərlə “Google”da axtarış edərkən mərkəzi Səudiyyə Ərəbistanında olan “Al Arabiya”nın saytında yer alan xəbəri əldə edirik. Xəbəri incələyərkən iddianı dəstəkləyən məlumatlar ortaya çıxır. Səudiyyə Ərəbistanı mərkəzli digər xəbər saytları “Sky News Arabia” və “Arabic RT” araşdırılarkən də iddianı dəstəkləyən məlumatlar əldə edilir

Videonu tərsinə fotol axtarışı ilə araşdırarkən isə Məkkə Əyaləti Əmirliyinin rəsmi “Twitter” hesabı tərəfindən 2023-cü il yanvarın 7-də paylaşıldığını görürük. Məkkə Əyaləti Əmirliyinin rəsmi “Twitter” hesabından fərqli yerləri göstərən və iddianı dəstəkləyən fərqli paylaşımlar da ortaya çıxır.

az mekke emerligi paylasim kolaji min

İddianın peyk görüntüləri ilə də təsdiq olunması mümkündür

Sosial mediada fərqli yerlərdən paylaşılan bir çox video və fotoşəkiliddianı dəstəkləyir. “İnstagram” istifadəçiləri də yaşıllıq olan yerləri görüntüləyib. Eyni zamanda Səudiyyə Ərəbistanının ən böyük hava proqnozu saytı olan “Arabia Weather”ın yayımladığı peyk görüntüləri araşdırılarkən güclü yağıntıların olduğu 2022-ci ilin dekabrından sonra düzənlik və dağların yaşıllaşdığını görmək mümkündür.

az mekke uydu goruntuleri 1 min

Güclü yağıntıların olduğu tarixlərdən əvvəl və sonra qeydə alınan peyk görüntülərindən də Məkkədəki yaşıllığın artdığı ortaya çıxır.

az mekke uydu goruntuleri 2 min

Məkkə dağları son illərdə yaşıllaşıb

Müvafiq açar sözlərdən istifadə edərək etdiyimiz internet axtarışlarından məlum olur ki, Məkkənin dağ və düzənlikləri son illərdə yaşıllaşıb. 2018-ci ildə dərc olunan müxtəlif xəbərlər araşdırılarkən Məkkənin yaşıl rəngə büründüyü fərqli görüntülərlə qarşılaşırıq.

Sosial medianı araşdırdığımız zaman 2018-ci ildə “Məkkə” və “Bahar” açar sözləri ilə bir çox paylaşımların edildiyi görürük. Bəzi paylaşımlarda istifadəçilərin 2018-ci ildə Məkkənin yaşıllaşmasını qiyamət əlaməti hesab etdiyi fikirlərinə də rast gəlirik.

az 2018 yilindan goruntuler

Teyit” mərkəzi Səudiyyə Ərəbistanında olan fakt yoxlama platforması “No Rumors” ilə də əlaqə saxlayıb. “No Rumors” da görüntüləri təsdiq edərək hər intensiv yağışdan sonra bu görüntülərin ortaya çıxdığını və bir neçə il əvvəl də bənzər hadisənin baş verdiyini açıqlayıb.

Səudiyyə Ərəbistanı bitki örtüyünü gücləndirmək üçün addımlar atır

Asir, TaifBahada yağış yağması üçün 2020-ci ildə bulud toxumlama layihəsini başladan Səudiyyə Ərəbistanı Bitki Örtüyü Mərkəzinin həyata keçirdiyi başqa bir layihə ilə də bitki örtüyünü canlandırmağı planlaşdırır. Layihə ilə Səudiyyə Ərəbistanında 12 milyondan çox yabanı ağac və kolun əkilməsi planlaşdırılır. Layihə çərçivəsində 2030-cu ilədək 225 min hektardan çox ərazi yaşıllaşdırılacaq.

Milli Bitki Örtüyü İnkişafı və Səhralaşma ilə Mübarizə Mərkəzinin sözçüsü Həmid Əl-Dosari də "Al-Arabiya"ya verdiyi açıqlamada yaşıllaşdırmanın bir çox amildən qaynaqlandığını bildirərək Səudiyyə Ərəbistanında təsirli olan yağıntıların və mülayim havanın iqlim dəyişikliyinin nəticəsi olduğunu söyləyib.