Məhəmməd Baqirinin "Azərbaycana 4000 raket atılacaq və Bakı məhv ediləcək" dediyi iddiası

Məhəmməd Baqirinin "Azərbaycana 4000 raket atılacaq və Bakı məhv ediləcək" dediyi iddiası

Bu məqalə 1 il əvvəl yazılmışdır.
Sayyara Mammadova

Sentyabr ayının əvvələrindən etibarən Azərbaycan və İran arasında yaşanan gərginlik və İranın Azərbaycanla sərhəddə "Xeybər fatehləri" adlı hərbi təlimləri başlatdığı gündən bəri sosial mediada və xəbər saytlarında bir çox iddialar paylaşılıb. 23 sentyabr tarixində bəzi xəbər saytlarında paylaşılan xəbərlərdə, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Məhəmməd Baqirinin, “Azərbaycana 4000 raket atılacaq və Bakı məhv ediləcək” deyərək açıqlama verdiyi iddia olunub. 

iddia ekrani iran aciklama bagiri

Armenpress-də belə bir xəbərə rastlanmır

İddia mətnində, Armenpress adlı xəbər sayt mənbə göstərilib. Açar sözlərdən istifadə edərək Armenpress saytı üzrə Google-da axtarış etdikdə, belə bir açıqlama xəbərinə rastlanmır. Armenpress veb saytı üzrə İran və Azərbaycan haqqında paylaşılan xəbərləri araşdırdıqda da Məhəmməd Baqirinin belə bir açıqlaması olmadığını görürük.

Ermənicə bənzər açar sözlərdən istifadə edərək Google-da digər nəticələrə nəzər yetirdikdə də belə bir açıqlamaya dair xəbərə rastlanmır.

Məhəmməd Baqirinin nə Twitter hesabında nə də farsca xəbərlərdə belə açıqlama yoxdur

Məhəmməd Baqirinin sosial media hesablarına dair axtarış etdikdə “baqeri_ir” istifadəçi adına sahib bir profilə rast gəlmək mümkündür. Həmin hesabdan edilən sonuncu paylaşım 19 oktyabr 2021-ci il tarixinə aiddir iddia edilən cümlələr yoxdur.

bagheri son paylasim teyitaz

İran İslam Respublikasının Müdafiə Nazirliyinin rəsmi veb saytında açıqlamalar qisminə nəzər yetirdikdə də iddia cümləsinə rast gəlmək mümkün deyil

Fars dilində xəbər yayımı edən Mehr News, BBC İran kimi bir çox xəbər saytlarında İran və Azərbaycan münasibətləri, Məhəmməd Baqiri haqqında xəbərlərə nəzər yetirdikdə iddia edilən açıqlamanın mövcud olmadığını görürük.

4000 raket və İrana dair açar sözlərlə axtarış etdikdə, İsraiə hücumlardan bəhs edən 2021-ci ilin may və sentyabr ayına aid xəbərlərə rast gəlirik. Əlaqədar xəbərlərdə isə İsrailə qarşı edilmiş 4 minin üzərində raket hücumlarının İran ilə əlaqaləndirildiyini görürük. Bu rəqəm, 2021-ci ilin sentyabr ayında Azərbaycan və İran arasında meydana gələn gərginlik ilə əlaqələndirilmiş ola bilər. Lakin iranlı generalın Azərbaycan haqqında belə bir açıqlaması mövcud deyil.

Faktlar

  • İddialarda “Armenpress” xəbər saytı mənbə göstərilsə də axtarış nəticəsində bu xəbərə rast gəlinmir.
  • Ermənicə açar sözlər ilə axtarış etdikə də bu xəbərə rast gəlinmir.
  • Farsca açar sözlər ilə axtarış etdikə də bu xəbərə rast gəlinmir.
  • İranın Müdafiə Nazirliyinin veb saytında da belə bir açıqlama mövcud deyil.
  • Məhəmməd Baqirinin Twitter hesabında da bu açıqlama yoxdur.
  • Farsca xəbərlər yayınlayan BBC İran, DW Farsca, Radio France Internationale kimi veb saytlarda da generalın belə bir açıqlaması barədə xəbər mövcud deyil.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
Konkret.az, 4.100 etkileşim aldı. 23/09/2021
Aqreqator.az, 332 etkileşim aldı. 23/09/2021
Azerforum.com, 18.392 etkileşim aldı. 23/09/2021