Mayk Pensin 6 yanvar hadisələrində Twitter-da Donald Trampı izləmədən çıxardığı və fon şəklini dəyişdiriyi iddiası

Mayk Pensin 6 yanvar hadisələrində Twitter-da Donald Trampı izləmədən çıxardığı və fon şəklini dəyişdiriyi iddiası

Bu məqalə 2 il əvvəl yazılmışdır.
Ayşe Ece Zübeyir

ABŞ-da etirazçıların konqres binasına hücumunun ardından vitse-prezident Mayk Pensin Donald Trampı Twitter-da izləmədən çıxardığı və Biden ilə Harrisin birlikdə olduğu fotonu fon şəkli olaraq dəyişdirdiyi iddia edildi.

Pens, Trampın şəxsi hesabını onsuzda izləmirdi 

Mayk Pensin izlədiyi şəxsi hesabın keçmişini izləmək üçün arxiv alətləri kömək edir. İddiaların çıxdığı anlarda Mayk Pensin 47 nəfəri izlədiyi görmək də bu arxivlər sayəsində mümkündür. 

47 izləyicisinin arasında Donald Trampın şəxsi hesabı olan @realDonaldTrump olmasa da, rəsmi iş hesabı olan @POTUS hesabını izləyirdi. Bundan bir gün əvvəl də izlədiyi hesab sayının eyni olduğunu görmək mümkündür. Pensin hesabından 2020 noyabrında alınan bir arxiv görüntüsündə də izləyici sayını görmək mümkündür.  Hətta yaxın dövrdə alınmış bütün arxiv görüntülərində Pensin izlədiyi hesab sayının dəyişmədiyi anlaşılır

Lakin iddiaların ortaya çıxmasının ardından Pens, Trampın şəxsi hesabını da izlədi və izləyici sayı 48-ə yüksəldi. Yəni Pens, Trampın şəxsi hesabını onsuzda izləmirdi. İzlədiyi hesab rəsmi iş hesabı idi. Şəxsi hesabını iddialardan sonra izləməyə başlayıb. Eləcə də arxiv görüntülərinin bio qismində də  donaldjtrump.com yer alıb.

Mayk Pensin Twitter hesabı ilə bağlı digər iddia isə fondakı şəkli dəyişdirərək Joe Biden və Kamala Harrisin yanbayan olduğu fotonu qoyduğu idi. Lakin bu iddia da yanlışdır. Mayk Pensin hesabındakı foto 3 noyabr 2020-ci ildən bəri dəyişməyib. 2 noyabr 2020-ci ildə arxivlənən bir görüntüdə fotonun fərqli olduğunu, ertəsi gün isə dəyişdiyini yenə arxivdən görmək mümkündür. Yəni Pens, 6 yanvar 2020-c ildə baş verən hadisələrin ardından    Twitter hesabındakı şəkli dəyişdirməyib, onsuzda iki aydır eyni fotonu istifadə edirdi.

Eləcə də fotodakı şəxslər Biden və Kamala Harris deyil. Foto 2 noyabr 2020-ci ildə Pensin Mişigana etdiyi səfərdəndir. Pens həmin tarixdə həyat yoldaşı Karen ilə birlikdə seçki kampaniyasını həyata keçirirdi. Tədbirdə çəkilən fotolara baxdıqda Pensin və həyat yoldaşının geyimlərinin də eyni olduğu görünür. Yenə  C-Span-da yer alan və kampaniyanı bütövlükdə göstərən videonun 38-ci dəqiqəsində Pens və Karenanın xalqı salamladığı və ortaya çıxan şəklin eyni olduğu anlaşılır

Nə baş verib?

6 Ocak 2021 günü ABD'nin başkenti Washington DC’de kongre binasında yapılan toplantı ile Joe Biden’ın başkanlığı onaylacaktı. Ancak protesto düzenlemek için bir araya gelen Donald Trump destekçileri güvenliği aşarak kongre binasına girdi.  Olaylar sırasında 7 Ocak itibariyle dört kişi yaşamını yitirdi. Bastırılmaya çalışılan olayların ardından 12 saatlik sokağa çıkma yasağı ilan edildi.

6 yanvar 2021-ci ildə ABŞ-ın paytaxtı Vaşinqton DC-də konqres binasında keçirilən iclas ilə Joe Bidenının prezident seçilməsi təsdiqlənirdi. Lakin etiraz aksiyası keçirmək üçün toplanan Donald Tramp tərəfdarları təhlükəsizliyi aşaraq konqres binasına daxil oldu. Hadisələr zamanı 7 yanvar tarixi etibarilə dörd nəfər həyatını itirdi. Hadisənin ardından 12 saatlıq küçəyə çıxmaq qadağası elan edildi

Mayk Pens isə Trampın seçki nəticələrinə etiraz etmək tələbinə, seçki şurasının səslərinə etiraz etmək kimi bir səlahiyyəti olmadığı cavabını vermişdi

Faktlar

  • Pens, Trampın şəxsi hesabını onsuzda izləmirdi, izlədiyi hesab rəsmi iş hesabı idi. Şəxsi hesabını isə iddiaların yayılmasının ardından izləməyə başlayıb.
  • Mayk Pensin fon şəkli 3 noyabr 2020-ci ildən bəri eyni idi.
  • Pensin fon şəkli 2 noyabr tarixindəki Mişigan seçim kampaniyasındadır.
  • Şəkildə Pens və həyat yoldaşı Karen birlikdə xalqı salamlayır.
TEYİT NƏTİCƏSİ
Yanlış
Paylaşanlar / Deliller