Dünyanın bir çox ölkəsindən sosial şəbəkəyə yüklənən videolarda maskaların isti suya məruz qaldıqdan sonra içərisindən nano qurdlar çıxdığı iddia edildi. Bu sınaqlardan biri də azərbaycanlı youtuber tərəfindən də çəkildi və bəzi saytlar tərəfindən paylaşıldı.
Qurd deyil parçadır
İddianı aydınlaşdırmaq üçün əvvəlcə maskaların strukturuna nəzər yetirək. Maskalar üç qatdan ibarətdir. İlk və üçüncü qatları “nonwoven” (toxunmamış) parçadan, orta qatı isə filter funksiyasını yerinə yetirən “meltblow” (əridilərək hazırlanan) parçadan ibarətdir. Bu qatlarda polipropilen yəni termoplastik olan polimer parçalardan istifadə edilir. Bu parçanın cərrahi maskalarda istifadə edilməsi tövsiyyə olunur. Polipropilen adətən müxtəlif ev və tibbi məhsullarda istifadə edilir.
Bu maddənin 80 dərəcədən çox istiliyə məruz qalması tövsiyyə edilmir. Buna səbəb maddənin keyfiyyətinin pozulmasıdır. Suyun qaynama dərəcəsi isə 100 dərəcədir yəni polipropilenin pozulma istiliyinin üzərindədir. Bu səbəblə maskalar əgər qaynar su ilə təmas edirsə maddənin strukturu da pozulur. Suda saxlama müddəti artdıqca, maskanın da istiliyi artdığına görə maddənin tərkibi daha da çox pozulur. Halbuki SARS-CoV-2 məhv olmaq üçün beş dəqiqə 60 dərəcə istiliyə məruz qalmalıdır. Yəni maskanızı dezinfeksiya etmək üçün qaynar sudan istifadə etmənizə ehtiyac yoxdur. Eləcə də cərrahi maskaların tez-tez dəyişdirilməsi və ardından zibilə atılması tövsiyyə olunur.
Hazırlanma mərhələsindən şəkil
Bu parça istehsal edilərkən nanotexnologiyadan istifadə edilir, lakin buna səbəb robot və ya qurd istehsal etmək deyil, iplərin qalınlığının bir mikrometrdən daha incə olmasını təmin etməkdir. Beləcə parça, virusları daşıyan damlacıqların maskadan keçməsinin qarşısını daha yaxşı ala bilir. Plastik materiala əsaslanan parçanın qorumağa davam edə bilməsi üçün isə tərkibinin pozulmaması şərtdir.
Bənzər iddialar daha əvvəl Almanyada test çubuqları ilə bağlı gündəmə gəlmişdi. Müxtəlif qurumlar və xəbər agentlikləri iddiaları təhlil edərək yalanlamışdı. Ədli tibb eksperti Max Benecke, bu iddiaları araşdırıb və videoda görünənlərə istehsal mərhələsində işçilərin paltarlarından və ya fabrikdəki tozlardan qaynaqlana biləcəyini deyib. Məhsullar tozsuz bir mühitdə hazırlana bilmədiyi üçün istehsalı bitdikdən sonra təkrar dezinfeksiya edilir.
Bu parçalar hər zaman qara rəngdə olmur. Qara rəngdə və ya tünd rəngdə olanların isə ağ fonda qeydə alınması nəzərə çarpmasına səbəb olur. Fon daha açıq olarsa fərqli rənglərdə də parçalar müşahidə edilə bilər.
Hərəkət etməsi təbiidir
Parçaların niyə hərəkət etdiyini açıqlayan bəzi səbəblər var. Bu parçalar çox yüngüldür. Bu ən kiçik hava axımında belə hərəkətə keçmələrinə səbəb olur. Eləcə də videolarda parçaların nəmləndirildiyi də görünür. Qurumağa başlayan bir ip parçası fiziki prosesin bir parçası olaraq hərəkət edə bilir. Eyni zamanda plastik əsaslı maddələrdən hazırlanan maskalar elektriklənməyə də məruz qala bilir. Bu da təbiidir. Digər yandan qaynar su kimi kənar təsirlərlə tərkibinin pozulması da hərəkətə yol aça bilir.
Quruma prosesindən bəhs edən video
Ayrıca “nano” kelimesi bir ölçü birimi olarak gözle görülemeyecek kadar küçük. Bu boyuttaki (metrenin milyarda biri kadar) herhangi bir yapıyı telefon kamerası ile görmek mümkün değil; özel mikroskoplar gerekli. NTV’ye konuşan Karadeniz Teknik Üniversitesi Enfeksiyon Hastalıkları ve Mikrobiyoloji Anabilim Dalı Başkanı İftihar Köksal da, bu noktaya değinerek iddiaları yalanlayıb.
Nano ifadəsi bir ölçü vahidi olaraq gözlə görülməyəcək qədər kiçikdir. Bu ölçüyə sahib olan hərhansı bir cismi telefonun kamerası ilə görmək mümkün deyi. NTV-ə danışan Qaradəniz Texniki Universiteti Yoluxucu Xəstəliklər və Mikrobiologiya şöbəsinin müdiri İftihar Köksal bundan bəhs edərək iddiaları yalanlayıb.
İddialar Doğruluk Payı və fakt yoxlama da aparan Evrim Ağacının qurucusu Çağrı Mert Bakırcı tərəfindən də daha əvvəl yalanlanıb.