Maradonanın nəşi ilə foto çəkən insanların öldürüldüyü iddiası

Maradonanın nəşi ilə foto çəkən insanların öldürüldüyü iddiası

Bu məqalə 2 il əvvəl yazılmışdır.
Sayyara Mammadova

Diqqət:  Həssas görüntü ehtiva edir.

Argentinalı futbolçu Diego Armando Maradonanın ölümündən sonra cənazə evində futbolçunun nəşi ilə foto çəkənlər olmuşdu. Hadisənin ardından yayılan xəbərdə foto çəkən üç nəfərdən ikisinin öldürüldüyü birinin isə ağır yaralı olduğu iddia edildi. İddia ilə birlikdə naməlum bir cəsədin polislər tərəfindən aşkarlandığı videosu da paylaşılırdı.

maradona naasi iddiasi

İddianın mənbəyi saxta bir hesabdır

Maradonun nəşi ilə foto çəkən üç şəxs ilə bağlı cinayət iddiasının mənbəyini araşdırarkən qarşımıza bir Twitter hesabı çıxırWayback Machine ilə baxdıqda hesabın Argentina qəzeti Clarin-in idman bölümünün təqlidini edən “Clarin Deportes” adlı saxta bir hesab olduğunu görürük. İddianın paylaşıldığı tarix, azərbaycan dilində paylaşım olan 29 noyabr tarixindən iki gün əvvələ yəni 27 noyabra aiddir. 

iddianin mnbyi saxta bir hesabdir

Hesabın hal hazırda istifadəçi adı “Adifacts” kimi dəyişdirilib. Lakin həmin paylaşım hələ də silinməyib. Bundan əlavə azərbaycan dilindəki iddiadan fərqli olaraq burada polislərin bir cəsəd aşkarladığını göstərən video da paylaşılıb.

Clarin qəzetinin rəsmi hesabında isə Twitter tərəfindən təsdiqləndiyini göstərən işarə mövcuddur. İzləyici sayı da bu təqlid hesabdan olduqca yüksəkdir. Təqlid hesabın izləyici sayı 2 min 552, həqiqi hesabın izləyici sayı isə 66 min 900-dür.

clarin deportes hesabi

Clarin qəzetinin adına açılan təqlid hesab.

clarin deportes resmi hesap

Clair qəzetinin rəsmi hesabı.

Qəzetin hadisə ilə bağlı xəbərlərinə baxdıqda isə Maradonanın nəşi ilə foto çəkən şəxslərin öldürüldüyünə və ya yaralandığına dair xəbər olmadığını görürük. Hətta Clarin qəzeti 2 dekabr 2020-ci il tarixində iddialarla bağlı xəbər yayınlayaraq fotodakı şəxslərin ölmədiyini və qəzetin təqlidini edən saxta bir hesab tərəfindən uydurulduğunu açıqladı.  Bundan əlavə bölgənin polis şöbəsinin internet səhifəsindəki xəbərlər hissəsində də belə bir cinayətdən bəhs edilmir. 

Bir cəsədin polislər tərəfindən tapıldığını göstərən videonu isə InVid  istifadə edərək axtardığımız zaman videonun daha köhnə yəni Maradonun vəfatından əvvələ aid olduğunu görürüj. 2020-ci ilin mart ayından bəri internetdə olan video ilə bağlı Argentinanın San Martin bölgəsində cəsədi tapılan 39 yaşlı Alejandro Gabriel Delfin adlı şəxsi göstərdiyinə dair xəbərlər mövcuddur.

Hadisə ilə bağlı araşdırma edərkən Maradonanın nəşi ilə foto çəkən üç şəxsin də kimliyini müəyyən etmək mümkündür. Bu şəxslər Argentinanın paytaxtı Buenos Aires-dəki SP Sepelios Pinier adlı cənazə evi üçün işləyən  Claudio Fernández, oğlu Ismael Fernández və Diego Molinadır. İnternetdə detallı axtarış edərkən Diego Molinanın Facebook hesabını da tapmaq mümkündür. Molinanın Facebook hesabındakı Maradona ilə bağlı paylaşımının şərhlərində də söyüşlü ifadələr mövcuddur. 

diego molina gonderi

İşçilərdən Claudio Fernández yerli mətbuata mövzu ilə bağlı açıqlama edərək üzr istəyib. Cənazə evi işçilərinin fotoya görə təhdit aldıqları da mətbuatda əks olunub. Diego Molina isə ifadə vermək üçün polis bölməsinə çağırıldığı və ardından sərbəst buraxıldığına dair xəbərlər mövcuddur. 

Faktlar

  • İddianın mənbəyi Clarin adlı Argentinalı qəzeti təqlid edən saxta bir hesabdır.
  • İddia təqlid hesabda köhnə bir video ilə birlikdə paylaşılıb, həmin video da fərqli hadisədəndir.
  • Clarin qəzeti belə bir xəbər yayınlamadığını və həmin şəxslərin öldürülməyidi açıqlayıb.
TEYİT NƏTİCƏSİ
Yanlış
Paylaşanlar / Deliller
maragli.faktlar, 3.327 etkileşim aldı. 29/11/2020
whatsapp banner az