Malatyada dağılan "Trend Garden Residence" adlı binanın 3 illik olduğu iddiası

Malatyada dağılan "Trend Garden Residence" adlı binanın 3 illik olduğu iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

“Google Earth” dəki məlumatlara görə binanın 2001-ci ildən etibarən eyni ərazidə olduğu məlum olur.

“Trend Garden Residence” 2021-ci ildə açılıb.

Binanın fasadında zaman içərisində dəyişikliklər edilib.

2023-cü il fevralın 6-da Türkiyənin 10 şəhərində hiss edilən 7,7 bal gücündə zəlzələ baş verib. Sosial mediada zələzələnin hiss olunduğu Malatya şəhərində üç illik yeni binanın dağıldığı iddia olunub.

az trend garden iddia foto

Bina təxminən 20 ildir həmin ərazidədir

“Trend Garden Residence” adlı binanın sözügedən zəlzələdə dağıldığı məlumdur. Binanın hansı tarixdə inşa edildiyi ilə bağlı bilgiləri əldə etmək üçün “Google Earth”dən istifadə edə bilərik. Buradakı məlumatlara görə binanın 2001-ci ildən etibarən həmin ərazidə olduğu ortaya çıxır

az otel karsilastirma google earth

Bugünkü “Trend Garden Residence” binasının 2001-ci ilindəki “Google Earth” görünütsü (solda), 2022-ci il iyul görüntüsü (sağda)

“Google Xəritələr” vasitəsilə “Trend Garden Residence”ın 2021-ci ildə açıldığı görünür. “Xəritələr”də 2021-ci ildə paylaşılan fotoda “Trend Garden”in tezliklə açılacağını bildirən elana rast gəlirik.

az trend garden residence acilis

Yaşayış yerinin altında aptek olduğu görünür. Bu aptekin də illərdir orada olduğu və binanın üst tərəfinin bu müddət ərzində dağılmadığı, sadəcə fasadının yeniləndiyi ortaya çıxır.

az eczane yillar icinde degisim

Binanın fasadındakı dəyişiklikləri aptekin üstündən də görmək olar.